You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
"İran Zəngəzur dəhlizinin açılışına mane oldu", Xameneyinin köməkçisi
İran Zəngəzur dəhlizinin açılışına mane olub.
Bu sözləri İranın dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti dini rəhbərin saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, guya İran dəhlizə mane olmaqla Ermənistanı parçalanmaqdan və İranın Avropa ilə əlaqəsini kəsilməkdən xilas edib.
"Bəzi ölkələr Zəngəzur dəhlizi adı ilə Ermənistan vasitəsilə Naxçıvanı və Azərbaycanı birləşdirməyə cəhd etdikləri zaman İran bu planın qarşısında dayandı və bu təxribatı zərərsizləşdirdi", - Əli Əkbər Vilayəti deyib.
2024-cü ilin iyulunda İranın Ali Dini Lideri Ayətullah Əli Xamenei öz X hesabında yazıb ki, İran Zəngəzur dəhlizinin Ermənistanın ziyanına olduğuna inanır.
Cənab Vilayəti onu da deyib ki, Zəngəzur dəhlizi layihəsi üçün hər şey hazır olsa da İran onun reallaşmasına imkan vermədi.
Vilaytiyə görə, İran Zəngəzur dəhlizinin açılmasına, hətta Rusiyanın dəstəyi olmadan mane ola bilib.
Rəsmi bildiirb ki, bu yolla İran NATO-nun bu bölgəyə nüfuzunun qarşısını almağı bacarıb.
Zəngəzur dəhlizi Azərbaycan böyük hissəsini Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməyi nəzərdə tutur.
Bu dəhliz Türkiyəni London və Pekinə birləşdirən tranzit enerji və nəqliyyat marşrutu kimi görülür.
Eyni zamanda İran və Türkiyə arasında regional rəqabətin mərkəzində dayanır.
Azərbaycan dəhlizin açılmasına istəkli olsa da bu məsələni Ermənistanla sülh danışıqları mətnindən çıxarıb.
İki ölkə bu məsələni sonrakı mərhələyə saxlamağa razılaşıb.
Video açılmırsa, YouTube kanalımızda izləyin.