Bakıda keçirilməli olan ravvinlər konfransı təxirə salınıb

Azərbaycanda keçiriləcək ravvinlər konfransı təxirə salınıb.

Şəklin mənbəyi, Getty

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Azərbaycanda keçiriləcək ravvinlər konfransı təxirə salınıb.

Bunu BBC News Azərbaycancaya Avropa Ravvinləri Konfransının baş direktoru və aparat rəhbəri Qedi Qroniç deyib.

Bu tədbirin Bakıda keçirilməsinə Türkiyə və İrandan etirazlar vardı.

"Bu qərarı verməyimizə səbəb olan bir neçə səbəb olub. Müxtəlif aspektlərdən bir neçə səbəb", - Qedi Qroniç BBC-yə deyib.

Yerusəlim Post nəşri yazıb ki, Azərbaycan höküməti tərəfindən tədbirin ləğv edilməsinin səbəbi təhlükəsizliklə bağlı narahatlıqlar olub.

Azərbaycan hökumətindən bu iddiya cavab almaq mümkün olmayıb.

Bir neçə gün əvvəl Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek Prezident İlham Əliyevə məktub yazaraq Bakıda keçiriləcək ravinlər konfransını ləğv etməsini istəyib.

İranın Ali dini liderinin müşavirinin ravvinlər konfransına etirazı da mediada yaylmışdı.

Tədbirin noyabrın 3-dən 6-na kimi Bakıda keçirlməsi planlaşdırılırdı.

Avropa Ravvinləri Konfransı Təşkilatının məlumatına görə, tədbir Bakda Konqres Mərkəzində keçirilməli idi.

Qonaqların İsraildən, Avropadan və Ammerikadan olan ravinlər olacağı deyilmişdi.

Bu il İsrail Baş nazirinin də Azərbaycana səfəri planlanmışdı və sonradan o səfər təxirə salındı.

Buna kimi Türkiyə və İrandan müxtəlif vaxtlarda Azərbaycanın İsraillə yaxın münasibətləri tənqid olunub.

Azərbaycan İsraillə dostluq münasibətlərini Qarabağ münaqişəsi ilə əlaqələndirib.