ABŞ Prezidenti Tramp: Azərbaycan da Qəzzaya pul ayırıb

Şəklin mənbəyi, Ağ Ev/Facebook
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bunu Sülh Şurasının ilk toplantısında deyib ki, bəzi ölkələr Qəzzaya yardım paketinə pul ödəyiblər.
""Məmnunluq hissi ilə bildirirəm ki, Qazaxıstan, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveyt Qəzza üçün nəzərdə tutulan yardım paketinə 7 milyard dollardan çox töhfə veriblər. Çox sağ olun, cənablar", - o deyib.
Bakı isə Prezident Trampın dediklərini təkzib edib.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X sosial media hesabında bildirib ki, Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və məramlarını dəstəkləyir, amma pul ayırmayıb:
"Sülh Şurasının bugünkü iclasında səsləndirilən 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur".
Bununla belə, Hikmət Hacıyev gələcəkdə Azərbaycanın Qəzzada investisiya layihələrində iştirakının nəzərdən keçiriləcəyini qeyd edib.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X
Sülh Şurası ABŞ Prezidenti Donald Trampın yeni qurduğu beynəlxalq təşkilatdır, Qəzzanın bərpasını və münaqişələrin sülhlə həllini nəzərdə tutur.
Təşkilat yaranan ərəfədə dünya mətbuatı yazmışdı ki, daimi üzv olmaq üçün təşkilata qoşulan ölkə ilk ildə 1 milyard dollar ödəməlidir.
Ağ Ev məlumatı "yanlış" adlandırmış və "Sülh Şurasına" qoşulmaq üçün minimum üzvlük haqqının olmadığını bildirmişdi.


























