You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Dörd oğul anası: "Uşaqlar əti bir ay əvvəl görüblər, uşaqpulu verilsin"
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Quba sakini Samirə Orucovanın 6 yaşlı övladı Nahid autizm spektrumu içərisindədir.
O, Kanner sindromundan əziyyət çəkir.
Dörd uşaqla təkbaşına qalan Samirə Orucova deyir ki, indi yeganə gəlir yeri "xəstə övladı üçün müavinət alır - 230 manat" bu pul isə uşağın bez pulunu qarşılayır.
"Bu sindromdan əziyyət çəkənlərin refleksi yoxdur və onlar ağrı hiss etmirlər", Samirə Orucova həkimlərin bu sindromla bağlı ona dediklərini BBC-yə söyləyir.
Keçmiş həyat yoldaşı beş il əvvəl onları atıb "Xırdalan şəhərinə işləməyə - maşın yumağa" gedib, ara-sıra "5-10 manat göndərib, daha sonra isə ona zəng çatmayıb".
Polisə müraciət edən Samirə Orucovanın həyat yoldaşı tapılıb.
Lakin o artıq başqa bir qadınla ailəli olub.
Gənc qadın vurğulayır ki, əvvllər qaynatası ona yardım edib, daha sonra qaynatası küçə itlərinin hücumuna məruz qaldığı üçün sağlamlığını itirib.
Gənc ana indi övladını evdə tək qoya bilmədiyi üçün işləyə bilmədiyini deyir.
Bir müddət əvvəl, o, övladına müavinət aldıqda, gəlirinin olması barədə aidiyyatı qurumlara xəbərdarlıq edib və ailənin aldığı sosial müavinət kəsilib.
O, indi təkrar sosial müavinət almaq üçün müraciət etdiyini bildirir.
O, deyir ki, uşaqpulu verilsə, vəziyyəti nisbətən yaxşılaşar.
O zamana qədər isə övladının aylıq müalicə pulunun ödəyə bilməsi üçün kömək istəyir.