You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycanda gənclərin sayı azalıb: "Ermənistan uşaq pulu verir, Azərbaycan yox"
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
"Ölkədə qoydular ki, gənc qalsın. Yarısını türmə, yarısını narkomaniya, yarısını da işsizlik, pulsuzluq qocaltdı".
Azərbaycanda gənclərin sayının azalmasına sosial media istifadəçilərindən biri belə reaksiya verib.
Onların çoxu problemi ölkədə sosial vəziyyətin ağır olması, işsizlik, uşaq pulunun verilməməsi və bahalaşma ilə əlaqələndiriblər.
Videoya YouTube kanalımızda baxın.
Dövlət Statistika Komitəsinin məlumatına görə hazırda ölkədə 2.3 milyon gənc var.
Bu isə son 15 ildə gənclərin sayının 500 min nəfər və ya 8 faiz azalması deməkdir.
Sosial şəbəkə istifadəçiləri BBC Azərbaycancanın bununla bağlı paylaşdığı videoya fərqli şərhlər yazıblar.
İstifadəçilərdən biri isə bildirib ki, "açıqlanan rəqəm də doğru deyil. Hardadır 2.3 milyon gənc? Kimin əlində imkanı varsa, ya təhsil, ya iş adı ilə qaçır bu ölkədən".
Seymur Orucoğlu adlı istifadəçi öz şərhində Azərbaycanı Ermənistanla müqayisə edir: "Ermənistanda neft yoxdur. Amma hər ay 130 dollar uşaq pulu verirlər. Azərbaycanda isə neft var, amma uşaqpulu verilmir. Gənclərin sayı azalacaq da".
Leyla Məmmədova adlı istifadəçi isə təhsil məsələsini qabardıb.
"Məşğələ pulu bezdirib milləti. Göndərməsən də olmur. Adi həyat şəraitinə çevrilən pullu məşğələlər, repetitor ailələrin büdcəsinə güclü təsir göstərir. Bəs məktəblər nə üçündür?" – deyə istifadəçi sual edir.
"Camaat yemək tapmır, evlənənlər də boşanır. Millət dolana bilmir. Bir azdan kökümüz kəsiləcək" digər sosial media istifadəçisi yazıb.
Dövlət Statistika Komitəsi avqustun 28-də "Azərbaycan gəncləri" statistik məcmuəsini dərc edib.
Rəsmi rəqəmlərə əsasən ölkədə gənclərin sayı azalaraq, 25 il əvvəlki səviyyəyə düşüb.