You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Nikol Paşinyan: "Uşaqların çoxu bilmir, Ararat Ermənistanda deyil"
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsindəki uşaqların Ağrı dağının Ermənistanda olmamasını bilmədiyindən təəccüblənib.
"Mən ocağın yanına getdim, uşaqlarla danışdım, soruşdum uşaqlardan - Ermənistanın ən yüksək dağı hansıdır? Dedilər ki, Araratdır. Uşaqların 70 faizi Ararat dedi, amma uşaqlar bilmirlər ki, Ararat Ermənistan ərazisində deyil", - Nikol Paşinyan deyib.
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyədə Ağrı, Ermənistanda Ararat adlanan dağ haqqında jurnalistlərə danışıb.
Sentyabrın 20-də "Vətəndaş Müqaviləsi" Partiyasının 7-ci qurultayından sonra Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsində böyüklər arasında da Ağrı dağının Türkiyə ərazisində yerləşməməsi kimi yanlış təsəvvür geniş yayılıb.
Ötən həftə Ermənistan Ağrı dağının təsvirinin Ermənistanın pasport ştamplarından götürüləcəyi barədə qərar verib.
Bunu Ermənistan parlamentinin "Vətəndaş müqaviləsi" fraksiyasının katibi Artur Hovhannisyan deyib.
Türkiyədə yerləşən bu dağ Ermənistanda əsas milli simvol hesab olunur və Ermənistanın gerbində də onun təsviri var.
Türkiyə tərəfində əksər hallarda bu təsvir Ermənistanın Türkiyəyə ərazi iddiası kimi qəbul edilir.
Video açılmırsa, YouTube kanalımızda baxın.