You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Paşinyan: Konstitusiyada Qarabağın Ermənistana birləşdirilməsi olmamalıdır
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama verib.
Paşinyan bildirib ki, yeni Konstitusiyanın mətnində artıq Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Bəs, bu nə deməkdir?
Müstəqillik Bəyannaməsi 1990-cı ildə qəbul olunmuş sənəddir və burada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi qeyd olunur.
Paşinyan deyib ki, bu bəyannaməni oxuyub gəldiyi nəticəni əvvəl də açıqlayıb və onun fikrincə, əslində bu sənəddə deyilir ki, müstəqil Ermənistan dövləti mümkün deyil. "Bu səbəbdən, hesab edirəm ki, yeni Konstitusiyada bu bəyannaməyə istinad yer almamalıdır", - deyə Paşinyan əlavə edib.
Azərbaycan isə Ermənistanla imzalanacaq sülh sazişi üçün əsas şərtlərdən biri kimi bu istinadın Konstitusiyadan çıxarılmasını tələb edir.
Paşinyan isə deyir ki, yeni Konstitusiya təşəbbüsü bu tələbə görə yox, Ermənistanın gələcək dövlətçiliyi üçün atılan addımdır.
Videoya Youtube kanalımızda baxın.