You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Qəzzada aclıq- insanlar ağır vəziyyətdədir
İki aydır ki, İsrailin blokadasında olan Qəzzada insanlar aclıq təhlükəsi ilə üzləşiblər.
Aralarında daha çox uşaq və qadın olan qəzzalılar sağ qalmaq uğrunda mübarizə aparırlar.
BMT İsraili blokadanı dərhal ləğv etməyə çağırıb.
BMT rəsmiləri isə xəbərdarlıq eləyirlər ki, Qəzzaya tezliklə humanitar yardım çatdırılmasa, insanlar bombardmandan yox, qida çatışmazlığından öləcəklər.
Tonlarla ərzaqdan, dava-dərmandan ibarət humanitar yardım isə Qəzzadan bir neçə km uzaqda, Misir sərhədindədir.
İsrail iki aydan çoxdur ki, Qəzzaya gedən yolu blokadaya alıb və humanitar yardımın ora çatdırılmasına icazə vermir.
İsrail bu blokadanı HƏMAS-a təzyiq vasitəsi kimi gördüyünü deyir.
Videoya Youtube kanalımızda baxın.