"Biz qazsız da yaşaya bilərik. Əsas Suriyadır, bir də hakim ailənin cibi"

İlham Əliyev Əhməd Əl-Şaraa Ahmad Al-Şaraa Azərbaycan qazı Suriya

Şəklin mənbəyi, President.az

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Azərbaycan qazının bu dəfə Suriyaya satılacağı xəbəri sosial mediada istifadəçilərin qəzəbli şərhlərinə tuş gəlib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Azərbaycanlı sosial media istifadəçilərindən biri yazır ki, "cənabımız sağ olsun, biz qazsız da yaşaya bilərik. Əsas Suriyadır, bir də hakim ailənin cibi. Xalq onsuz da qazanc görmür".

Bir istifadəçi isə İlham Əliyevin "qaza qənaət edək" ifadəsinə "uşağının boğazından kəsib dostlarına qonaq verən kişiləri xatırlatdı" şərhini verib.

Cənab Əliyev iyun ayında Mingəçevirdə demişdi ki, "nə qədər biz daxildə təbii qaza qənaət etsək, bir o qədər də ixrac imkanlarımız da artar".

Digər bir sosial media istifadəçisi isə hesab edir ki, ölkədə qənaət etməyin mümkün olduğu başqa sahələr var.

"Yox ee, millət limitlə qaz istifadə etməlidir ki, xaricə satılıb ölkəyə (məmurların cibinə) pul axsın? O qənaəti Mərkəzi Bankın yeni binasına 600 milyondan, ya da gömrüyün binasına 60 milyondan çox pul tökəndə niyə etmirdiniz? Belə görürəm, qaz o torbaların içi ilə ixrac olunan deyil, qaz millət olaraq bizik. İndi biri çıxıb deyəcək millətin yerinə danışma. Bizə elə bu da azdı".

Bir istifadəçi isə sual edir ki, "qaz varsa bizdə, bizə niyə limit qoyulur? Çox vacibdir Suriyaya qaza vermək?"

Bütün bu xəbərlərdən sonra istifadəçilər arasında qazın qiymətinin qalxacağından ehtiyatlananlar da var.

"Yəqin, qazın qiymətini qaldıracaq. Vətəndaş qazdan az istifadə etsin. Əsas Suriya ərəbləridir".

Başqa bir istifadəçi isə hələ də Azərbaycanın qazla təchiz olunmamış kəndlərini xatırladır.

"Azərbaycanın kəndlərində qaz yoxdur. Biz Suriyadan pis gündəyik. Bizdə ancaq və ancaq məmurlar və hakimiyyətdə olanlar yaşayır. Görəcəksiz, Suriya xalqı bizdən yaxşı yaşayacaq. Əsəd rejimində Suriya necə idisə, biz indi beləyik".

İyulun 12-də Suriyanın müvəqqəti Prezidenti Əhməd Əl Şaraa Azərbaycana səfəri çərçivəsində SOCAR-la anlaşma memorandum imzalayıb.

Sənədə görə, Azərbaycan bundan sonra Türkiyə üzərindən Suriyaya təbii qaz satacaq.