Zəlzələ: hündürmərtəbəli binanın uçması anları - video

Şəklin mənbəyi, Getty Images
Myanmanın mərkəzində 7.7 bal gücündə baş vermiş zəlzələ nəticəsində azı 144 nəfər ölüb, 732 nəfər yaralanıb.
Qonşu Tailandda tikilməkdə olan hündürmərtəbəli binanın uçması nəticəsində azı 3 nəfər həyatını itirib.
Videonu YouTube kanalımızda izləyin.
Tikinti işçilərindən 81-i itkin düşüb və onların axtarılması davam edir, ölkənin baş nazir müavini bildirib.
Tailand hərbiyyəsinin sözçüsü deyib ki, zəlzələdən dağılmış binalardan çoxu tikilməkdə olanlar olub.

Myanmada 6 regionda fövqəladə vəziyyət elan edilib.
2021-ci ildə hərbi xuntanın hakimiyyəti ələ keçirməsindən bəri Myanma siyasi xaos içərisindədir.
Amnesty İnternational təşkilatının araşdırmaçısı deyib ki, ölkədə 3 milyondan çox məcburi köçkündür. BMT ölkə əhalisinin üçdə birinin humanitar yardıma ehtiyacı olduğunu bildirir. ABŞ-ın insan haqlarına və humanitar yardıma təsir edən əksər xarici yardımları dondurması da vəziyyəti pisləşdirir.




