Putin Mehriban Əliyevanı təbrik edib

Putin Mehriban Əliyeva

Şəklin mənbəyi, kremlin.ru

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Putin Mehriban Əliyevanı doğum günü ilə bağlı təbrik edib və İlham Əliyevə salam göndərib.

Rusiya Prezidenti Azərbaycanın birinci xanımını ilk dəfə deyil ki, doğum gününə görə təbrik edir.

Amma bu dəfəki təbrik Azərbaycan və Rusiya arasında gərgin münasibətlər fonunda diqqət çəkir.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Video açılmırsa, Youtube kanalımızda baxın.

Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Moksva və Bakı arasında münasibətlər gərginləşib. İyun ayında Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda keçiridyi əməliyyat zamanı iki azərbaycanlının öldürülməsi münasibətləri daha da pisləşdirib. Azərbaycan rəsmiləri Rusiyada keçirilən yerli və MDB və ya beynəlxalq tədbirlərə qatılmayıblar.

Amma deyəsən, Moskva ilə Bakı arasında buzlar əriyir.

TASS Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin Həştərxanda rusiyalı həmkarı Alexsey Overçukla görüşəcəyini xəbər verib. Baş nazir müavinlərinin hər ikisi iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyaya rəhbərlik edir.

Moskva-Bakı arasında gərgin münasibətlər Rusiyaya kənd təsərrüfatı malları satan azərbaycanlılarda narahatlıq yaradıb. Bu arada aqrar sahə üzrə eksperltərdən biri BBC-yə deyib ki, əgər iki ölkə arasında münasibətlər düzəlməsə, bunun əziyyətini sadə insanlar çəkəcək, xüsusilə Rusiya bazarlarına meyvə-tərəvəz göndərənlər".

O izah edib ki, adətən, Rusiyaya ən böyük icraat sahəsi parnik pomidorudu və onun da ixracı yanvar-fevral aylarında olur.

Sitat "Rusiyada azərbaycan diaspora rəhbərləri ya tutulub, ya sıxışdırılıb, onlar da adətən yerli bazarlara rəhbərlik edirlər. Rusiyada küçə ticarəti də ləğv edilib. Əgər bazar olmasa, məhsul harda satılacaq", - o BBC-yə deyib.