You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
“Kəndlinin beli qırıldı”- yanacağın bahalaşması müzakirə yaradıb
Yanvarın 1-dən Azərbaycanda Aİ-92 və dizel yanacağının bahalaşması sosial mediada müzakirə yaradıb.
"Kəndlinin beli qırıldı" – Şaban adlı istifadəçi BBC Azərbaycancanın qiymət artımı ilə bağlı paylaşdığı videoya belə şərh yazıb.
Sadiq adlı istifadəçi isə bildirib ki, "dizelin bahalaşması ilə bütün hər şeyin qiyməti qalxacaq".
Tarif Şurasının dekabrın 30-da verdiyi qərara görə, ölkədə Aİ-92 benzininin qiyməti 5 qəpik, dizel yanacağı isə 10 qəpik artıb.
"Xalqın bayramını təbrik ediblər" – Ruslan adlı istifadəçi qurumun yeni il qabağı verdiyi açıqlamasına belə münasibət bildirib.
"Nə olardı, təzə ilə sevinclə girərdik. Tarif Şurası qərar verərdi ki, uşaq pulu veriləcək, komunallar aşağı düşəcək, benzinin, dizelin qiyməti enəcək", - Ayaz İsayev adlı istifadəçi qeyd edib.
Anar adlı istifadəçi isə şərhinə gülüş işarəsi qoyaraq yazıb ki, "elə lap əcəb olub, gələn dəfə prezidentə 100 faiz səs verin".
92 oktanlı benzinin bir litri 1 manat 15 qəpiyə, dizel yanacağı isə 1 manat 10 qəpiyə idi.