Azərbaycan dron istehsalını davam etdirəcək

Şəklin mənbəyi, President.az
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
İlham Əliyev deyib ki, Azərbaycan dron istehsalına davam edəcək.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
"Biz bu məhsulları həm xarici bazarlardan tədarük edirik, eyni zamanda, özümüz də bir çox növdən ibarət pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışıq və bunu davam etdirəcəyik", - İlham Əliyev Milli Elmlər Akademiyasındakı çıxışında deyib.
Prezident bildirib ki, hərbi sənaye çox gəlirli sahədir və artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır.
O bildirib ki, "Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik və qarşıya vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün bizdə bu istiqamətdə çox ciddi sənaye klasteri yaradılsın".
Prezidentin sözlərinə görə, "bu, çox gəlirli sahədir".
"Nəzərə alsaq ki, bu gün dünyanın bütün yerlərində müharibələr alovlanır, dayanmır, əfsuslar olsun ki, hərbi təyinatlı məhsullara bundan sonra da ehtiyac olacaq", - İlham Əliyev bildirib.
Azərbaycan 2026‑cı ildə hərbi xərclərini də artırır. Müdafiə və təhlükəsizlik sahəsinə 8 milyard 700 milyondan çox vəsait ayırmağa hazırlaşır.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Bu, dövlət büdcəsi xərclərinin 21 faizi deməkdir.
Dəyişiklik olmzsa bu, son illər ərzində Azərbaycanın tarixində müdafiə və milli təhlükəsizlik" sahəsinə ayrılan ən yüksək məbləğ olacaq.
Hətta Ermənistanla müharibə şəraitində olduğu illərdə Azərbaycanın müdafiə xərcləri ümumi xərclərin 14-16 faizi qədər olub.
İlk dəfə olaraq, 2025-ci ildə bu göstərici 20 faizi keçib.
30 ilə yaxın münaqişə tərəfi olan Ermənistan da silahlanmanı davam etdirir, Fransadan və Hindistandan müdafiə üçün müasir silah sistemləri aldığını deyir.
Ancaq gələn il üçün Azərbaycanın hərbi xərcləri Ermənistanla müqaisədə təqribən 3.5 dəfə çoxdur.
Siyasi təhlilçi Fərhad Məmmədov BBC-yə bildirib ki, artıq Azərbaycana qarşı təhdidlər Cənubi Qafqaz regionu daxilində deyil, daha geniş coğrafiyada formalaşır və buna görə də ölkə, həm də, regional təhlükəsizlik qarantı kimi çıxış edir
Azərbaycan İkinci Qarabağ Müharibəsində qalib gəlməsinin 5-ci ildönümünə hazırlaşır və paytaxtda hərbi parad məşqləri gedir.
Sosial mediada yayılan görüntülərdə və şərhlərdə Azərbaycanın aldığı bəzi yeni silahların bu paradda nümayiş olunacağı bildirilir.
Videoya YouTube kanalımızda baxın.








