Xaçmazda maşınlar yola çıxmaq üçün çaydan keçirlər

Xaçmazda maşınlar çaydan keçirlər

Xaçmazda Şıxlar və Çaykənarı kəndləri arasında körpü yoxdur.

Videonu bu linkdən izləyin.

Sakinlər deyir ki, çayın suyu bol olan fəsillərdə bura keçilməz olur.

Xaçmaz rayon İcra Hakimiyyəti BBC News Azərbaycancanın Facebook sosial media hesabında paylaşdığı videonun altında şərh yazaraq bildirib ki, "qeyd olunan çay yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan R-1(36km)-Çaykənarı-Şıxlar avtomobil yoluna aiddir və yolun təmir edilməsi üçün qurum tərəfindən Agentliyə müraciət olunub".