Erməni hərbçilər Azərbaycanda: terrorçu, girov, yoxsa alver materialıdırlar?

- Müəllif, BBC Rusca
- Vəzifə, bbcrussian.com
İki ölkə arasında müharibənin və Dağlıq Qarabağda son toqquşmaların girovu olan onlarla erməni hərbi əsiri Bakıda dustaqlıqda qalmaqdadır. Bu hərbçiləri “terrorçu” adlandıran Azərbaycan onları Ermənistana verməyə tələsmir. Bu insanlar sülhə gətirəcəyi gözlənilən, lakin çıxmaza düşmüş danışıqlarda xırda karta çevrilib.
2021-ci ilin yayında Bakı məhkəməsi 13 erməni hərbçisini altı ilə azadlıqdan məhrum etdi. Onlar terrorçuluqda, qeyri-qanuni silah saxlamaq və daşımaqda, sərhədi qeyri-qanuni keçməkdə, eləcə də “silahlı dəstələr” yaratmaqda müqəssir tanındı.
Məhkəmə hökmünü şüşə qəfəsdə dinləyən hərbçilər 2020-ci il noyabrın sonunda, ikinci Qarabağ müharibəsi artıq bitəndən sonra, Hadrut rayonunun Hin Tağer (Köhnə Tağlar) kəndində mühasirəyə alınıb saxlanılmışdılar.
Bu kənd xəritə üzərində - müharibə zamanı gah bu, gah o tərəfin əlinə keçən – mühüm nöqtədir. Azərbaycan ordusu cəbhə xəttini lap Hin Tağların yaxınlığına çatdırmışdı. Döyüşlər qurtardıqdan sonra kənd “boz zonada” qalmışdı.
Hin Tağlara kimin nəzarət etdiyi aydın deyildi. Qarabağa daxil olan Rusiya sülhməramlıları kənddə azərbaycanlıların olduğunu düşünərək, postlarını Hin Tağların 15 kilometrliyində qurmuşdu. Bakını bu hal qane edirdisə, Ermənistanda hesab edirdilər ki, bir halda ki, kənd götürülməyib, deməli, Dağlıq Qarabağ hakimiyyətinin tabeliyində qalır. Odur ki, kəndin yaxınlığındakı postlarda növbə ilə erməni hərbçiləri keşik çəkirdi.
Bu qarmaqarışıqlıq daima telefon əlaqəsi kəsilən bir neçə on kvadrat kilimetr çətin gedilə bilən yerdə hökm sürürdü.
Məhkəmə zamanı müttəhimlərdən biri, Manuk Martoyan, söyləyirdi ki, onu bir yerdə qulluq edən yoldaşı ilə Hadrut rayonuna göndərib, “keşikdə dayanmaq və heç kəsi buraxmamaq” əmri verilmişdi.
Dekabrın 13-də Martoyan geri qayıtmaq əmri alıb. Hadrut rayonundan çıxarkən, azərbaycanlılarla rastlaşıblar. 60 nəfərə yaxın erməni əsir düşüb.
Əvvəlcə Martoyan, aqibətini yüngülləşdirmək ümidilə, günahını etiraf edib, lakin məhkəmədə günahını danıb. O, söyləyib ki, komandanlıq onlara atəş açmamaq əmri veribmiş.
“Qarabağın yolunu bilmirdi”

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
İkinci Qarabağ müharibəsi başlananda Manuk Martoyanın 21 yaşı tamam olub. Onu və daha üç həmkəndlisi – Ermənistan Gümri şəhərinin 35 kilometrliyində yerləşən kiçik Lancik kənd sakinlərini – müharibəyə səfərbər ediblər.
Evdə böyük qardaşı və xəstə anası qalıblar. Ailəyə Manukun əmisi Aleksan kömək edirdi.
“Manukun atası, mənim qardaşım bizi tərk edəndə Manukun dörd yaşı olub. Anası atasız oğullarını tək ayağa qaldırıb. Özü isə xəstələnib – diabet. Ev-eşik qayğısı böyük qardaşının boynuna düşüb”, - Aleksan danışır.
Manuk haqqında deyir: “Anlamaz deyil, dəcəl deyil, özü yaşlılara hörmət edirdi, kənddə də hörməti var idi”. Bir saniyə fikirləşib, Aleksan əlavə edir: “Qarabağın yolunu bilmirdi”.
Manuk iki il orduda qulluq edib. Doğrusu, paytaxtda, fəxri qarovul tərkibində. Ailədə əmin deyillər ki, hərbi hissədə çağırışçılara heç olmasa atmağı öyrədiblər.
3 oktyabr 2020-ci ildə onu Cəbrayıla aparıb və avtomat veriblər. Şəhərdə döyüş gedirdi. Sabahısı günü Azərbaycanın Prezidenti İlham Əliyev şəhərin geri götürüldüyünü bəyan edib. Ermənistan rəsmən bu bəyanatla razılaşmırdı, lakin olduqca tez aydın olmuşdu ki, şəhər məhz həmin günlərdə itirilib.
Rusiya “Novaya qazeta”-sının istinad etdiyi Azərbaycanın Cəbrayıl şəhəri rayonunda döyüşən bir erməni könüllüsü həmin günlər söyləyibmiş ki, onun komandiri gecə bütün gəncləri yığıb və deyib şəhərdən getsinlər.
Məhkəmədə Manuk Martoyan söyləyib ki, yoldaşları ilə Azərbaycan artilleriyasından qaçıb, çatıblar Qorisə - bura artıq Ermənistandır. Bir neçə gün orada keçiriblər, sonra isə Manuk doğma kəndə çatıb. Aleksan Martoyan deyir ki, evdə Manuk cəmi 10 gün qalıb, sonra isə “onun dalınca gəliblər” – fərarilikdə ittiham ediblər. Lakin nədənsə həbs etməyiblər, bunun əvəzində isə hərbi hissəyə yollayıblar. Oradan da yollayıblar Hadruta, harada ki, Manuk əsir düşüb.
“Salam, mənim gözəl və qüvvətli anam, - Qırmızı Xaç vasitəsilə evə göndərdiyi məktubda Manuk yazır. – Anacan, məndə hər şey yaxşıdır, ancaq darıxıram. Nə deyim? Söyləməyə bir şey yoxdur. Hər şey yaxşıdır, səhhətim normaldır. Keçmişlə yaşamaq lazım deyil, çünki irəlidə bizi çoxlu şad və xoşbəxt günlər gözləyir. Gələrəm, və biz hamımız yenidən xoşbəxt yaşayarıq. Bütün bu kiçik sınaqlar, yəqin ki, mənə gərək imiş. Sadəcə bundan ibrət almaq lazımdır. Amma yaxşı olardı ki, siz bunların işindən keçməyəydiniz. Anacan, özündən muğayat ol, normal ye, yat. Çox fikir eləmə. Mən tezliklə qayıdaram. Allahın köməkliyi ilə hər şey yaxşı olar”.
Oğlunun itkin düşməsi haqda Manukun anası KİV-dən bilib.
Onun cəmi 5 yaşı var, ancaq oğlu əsir düşəndən sonra yeriyə bilmir. Diabet ucbatından ayaqları şişib. Müharibədən əvvəl o hələ şəhərdə gəzə bilirdi, indi isə tualet üçün çətinliklə yerindən qalxa bilir. Aleksan onun barəsində deyir: “Televizorun qabağında oturur. Yaxşı xəbər gözləyir”.
Əsirlər hara itdilər?

Bakı təkid edir ki, Azərbaycan ərazisində həbsdə 33 erməni hərbçisi var. Amma sabiq ombudsman Arman Tatoyan deyir ki, çox ehtimal, bu rəqəm həqiqətə uyğun deyil.
“Biz itkin düşmüş hərbçilərin siyahısını Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) və beynəlxalq hüquq müdafiəçi təşkilatlarına vermişik. Azərbaycan bu insanların bir qismi – 33 nəfərinin – onlarda olduğunu təsdiq edib. Bəs onda qalanı haradadır?” – Tatoyan soruşur.
Ermənistan hesab edir ki, Azərbaycanda daha 80 nəfər ola bilər. “Biz onların harada olduğunu bilmirik: ya onları öldürüblər, ya da gizlədirlər. Heç bir beynəlxalq [həqiqəti müəyyən etməyə imkan verən] mexanizm yoxdur. Yalnız Qırmızı Xaç var, lakin onlar məxfi işləyir, və onların o insanların saxlanıla bilən bütün yerləri yoxlamaq imkanı yoxdur” - keçmiş ombudsman əlavə edir.
Hüquqşünas və AİHM-də əsirlərin nümayəndəsi Siranuş Sahakyan izah edir ki, hüquq müdafiəçiləri uzun müddət erməni hərbçilərinin saxlanılması məqamları əks etdirən video görüntülərinin yoxlaması ilə məşğul olublar. Sosial şəbəkələrə yerləşdirilmiş bu görüntülər Qarabağda əsir götürülmüş daha 80 nəfəri (Azərbaycan tərəfindən tanınmış 33-dən əlavə) adbaad müəyyən etməyə imlan verir.
“Faktiki olaraq bu insanlar yox olmuş hesab olunur, çünki onların əsir alınması Azərbaycan hakimiyyəti tərəfindən tanınmır. Lakin onların bu məlumatı təsdiqləməkdən imtina etməsinə rəğmən, əsir götürmə faktları təsdiq edən yetərli sayda görüntülər mövcuddur”, - xanım Sahakyan əmindir.
“Bu, bütün hərbi əsir ailələri üçün böyük problemdir. Bu yaxınlarda mən bir qrup itkin düşmüş əsgər vəlideynləri ilə görüşmüşəm, - Arman Tatoyan söyləyir. – Mən onların qarşısında əyləşmişdim, onlar isə, soruşurdular: uşaqları evə qayıdacaqlarmı? Və mən bilmirdim, onlara nə cavab verim”.
“Bütün dünya valideynləri kimi, biz istəyirik ki, uşağımız evdə olsun. Bu, milliyət məsələsi deyil, bu, insanlıq məsələsidir, - Aleksan Martoyan deyir. – Lakin cavabında mövcud məmurlardan tək vədlər eşidirik. Ha, ümidlər verirlər”.
44 günlük müharibə qurtarandan bəri Azərbaycan Ermənistana 173 əsir olmuş hərbçi qaytarıb. Onların arasında Manukun həmkəndlisi Sedrak Soğomonyan da olub. Onların hər ikisi də bir gündə əsir düşüb və hər ikisinin də məhkəməsi bir gündə olub.
Sedrakın atası düz bir il yarım, sanki iş yerinə, rayon mərkəzinə gedirmiş ki, oğlunun taleyi barədə bir şey öyrənsin. İndi onun oğlu evdədir. “Ayağını tikintidə zədələyib, gips qoyulmadan yaxşı qurtarıb, sıx çəkilmiş sarıq qoyulub. Divana uzanıb, - Samvel Soğomonyan sevinə-sevinə bildirir. – İndi biz ona gəlin axtaracağıq, necə olsa da, artıq 28 yaşı var“.
Sedrak və Samvel qonşuları Manukun ailəsinə ürək-dirək verirlər. Onlar anlaya bilmirlər ki, niyə bəziləri əsirlikdən qayıdır, digərlərini isə saxlamağa davam edirlər. İndilikdə isə, əsirlərin qaytarılması prosesi çıxılmaz vəziyyətə düşüb.
Azərbaycanda onları “terrorçu” bilirlər

Azərbaycan erməni hərbi qulluqçuları hərbi əsir saymır – guya, əgər onlar Azərbaycan, Ermənistan və Rusiya döyüş əməliyyatlarını dayandıran üçtərəfli bəyanat imzalandıqdan sonra tutulublarsa, onları əsir hesab etməyə əsas yoxdur.
Azərbaycan mətbuatı onları terrorçu adlandırır.
“Bakı, göstərmək istəyir ki, guya daha münaqişə yoxdur və cinayət işləri açır. Ancaq münaqişə davam edir. Az qala hər gün atırlar – bunun hamısı davam edir, bu, həm də Beynəlxalq Qırmızı Xaçın rəsmi mövqeyidir. Odur ki, beynəlxalq humanitar hüquqa əsasən, bu insanlar hərbi əsirdirlər, cinayətkar deyillər”, - Arman Tatoyan deyir.
Bakıda son münaqişənin aktiv fazasını bitmiş hesab edir, eləcə də beynəlxalq hüququn Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab etdiyinə istinad edirlər.
Azərbaycan erməni hərbi qulluqçuları üzərində məhkəmələri məhz belə izah edir. Tanınmış hökumətyönlü haqqın.az saytı onları Ermənistanın tərəfində döyüşmüş “terrorçular” adlandırır.
Və hətta müxalif “Bizim yol” qəzeti yazır ki, onları əsir hesab etmir, ona görə ki, “bəzi” hərbçilər 2020- ci il 9-10 noyabr razılaşmaları imzalandıqdan sonra Azərbaycan ərazisində tutulublar.
Azərbaycan hüquq müdafiəçilərinin sözlərinə görə, hərbi qulluqçuların məhkəmə prosesləri hüquqi normaların pozulması ilə baş verib.
“Məhkəmələr başdan sovma, tez, işin məğzinə varmadan, baş verib, çünki hamı anlayırdı ki, hər hansı müddətə məhkum etmək lazımdır, eyni zamanda təfərrüatlarına varmırdılar, axı bu adamlar sabah erməni tərəfi, yaxud Amerika, ya da lap Suriya tərəfi ilə (çünki onların arasın da iki Suriya vətəndaşı var) mübadilə və alver obyektinə çevriləcəklər”, - Azərbaycan hüquq müdafiəçisi Arif Yunus deyir.
Sosial şəbəkələrdə isə söhbət hərbi əsirlərdən düşəndə, azərbaycanlı şərhçilər iki standart polemik fənddən istifadə edirlər: ya hərbi əsirlər əhvalatının “yalan” olduğunu israr edirlər, ya da işğal və ermənilər tərəfindən Azərbaycan şəhərlərinin dağıdılması və Xocalı faciəsi haqqında mülahizə edərək, mövzunu dəyişirlər. Lakin fərdi söhbətlərdə bakılılar çox vaxt deyirlər: “Yaxşı olardı ki, onların hamısını buraxaydılar. Və ümumiyyətlə, bəsdir savaşmaq”.
Son aylar rəsmi Azərbaycan hakimiyyəti əsirlər haqqında, demək olar, heç danışmır. Yalnız ötən il sentyabrda əsir götürülən ermənilərin öldürülməsi və onlara işgəncə verilməsi videoları qurama adlandırırlar.
Alver obyekti

Ekspertlər hesab edirlər ki, əsir əsgərlər Azərbaycan üçün alver obyektidir. Əvvəlcə Bakıda deyirdilər ki, hərbçiləri Ermənistana ona görə vermirlər ki, guya Yerevan üçtərəfli razılaşmanın şərtlərini yerinə yetirmir – söhbət Ermənistanın minalanmış sahələrinin xəritələrini vermək vədindən gedir.
Hər necə olsa da, Ermənistan xəritələri verib, lakin bəziləri Azərbaycanın ikinci Qarabağ müharibəsi nəticəsində qaytardığı ərazilərdə minalarla vəziyyəti real əks etdirmirdi. Hüquq müdafiəçi və Qarabağ münaqişəsi tarixçisi Arif Yunusun sözlərinə görə, erməni əsgərləri 44 günlük müharibə zamanı tələsik geri çəkilərkən sadəcə qoyduqları minaların yerlərini qeyd etməyə çatdırmayıblar.
“Əsirlər [siyasi] jestlər üçün lazımdır, məsələn, ABŞ dövlət katibi nümayəndəsinin regiona gəldiyi zaman bizimkilər [Azərbaycan hakimiyyəti] jest etdilər, 15 nəfəri verdilər, - deyə ekspert xəritələrin yalnız bəhanə olduğunu bildirir. – O zaman Azərbaycan heç bir xəritəsiz-zadsız amerikalılar üçün [xoş məram] jesti etmək qərarına gəlmişdi“.
Onun sözlərinə görə, Azərbaycan erməni hərbi əsirləri Ermənistanla danışıqlarda öz mövqeyinin gücləndirilməsi üçün də saxlamış ola bilər. Azərbaycanın artıq üzün müddət heç kəsi qaytarmaması da, onun sözlərinə görə, bununla izah olunur: danışıqlar prosesində hələ sakitlikdir.
Qarabağ münaqişəsi üzrə ekspert, azərbaycanlı jurnalist Şahin Rzayev də bu fikirdədir. Onun fikrincə, Azərbaycan hakimiyyəti “Yerevan tərəfindən hər hansı güzəştlər almaq üçün danışıqlarda əlavə arqument kimi əsirlərdən istifadə edir”.
Lakin, ekspertin sözlərinə görə, rəsmi Bakının xoşuna gəlməyən Rusiya biznesmeni Ruben Vardanyan Qarabağa köçdükdın sonra danışıqlar dayanıb. “Onun fəaliyyəti cinayətkar-avantüra xarakteri daşıyır. Biz hesab edirik ki, buna son qoyulmalıdır. Və bu insan nə qədər tez bu regionu tərk etsə, bir o qədər hamı üçün yaxşı olar, ilk növbədə bundan yerli əhali əziyyət çəkir”, - 2022-ci il dekabrda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.
Həmin dekabr ayında da özlərini Azərbaycan ekofəalları adlandıran insanlar Dağlıq Qarabağı Ermənistanla birləşdirən əsas yolu bağlayıb, faktiki olaraq ermənilərin məskunlaşdığı rayonları blokadaya alıblar.
Ruben Vardanyan çox qalmadı və dörd aydan sonra vəzifədən azad edildi. Buna baxmayaraq, əsirlər məsələsi həll olunmur.
“Ekofəallar”ın aksiyası da davam edir. Qarabağda yaşayan insanlara ərzaq və dava-dərman çatışmır.
Qarabağ münaqişəsi üzrə britaniyalı ekspert Laurence Broers deyir ki, bu aksiya – hərbi əsirlərlə yanaşı – Azərbaycanın istədiyinə nail olmağa ümid verən daha bir təzyiq alətidir.
Siyasət girovları
Qarabağ blokadasının davam etdiyi bir zamanda əsirlərin qaytarılması prosesi dayanıb. Siranuş Sahakyan hesab edir ki, bu, Azərbaycan tərəfindən “bu məsələlərin siyasiləşdirilməsi” faktını təsdiqləyir.
“Siyasi gündəlik məsələlərində gərginlik əmələ gəldiyi zaman humanitar məsələlər də həll olunmur. Fikrimcə, əslində bu, hərbi əsirlərin girov olmasının daha bir sübutudur, və onları təzyiq göstərmək üçün və siyasi tələblərin ödənilməsi məqsədilə saxlayırlar“, - Sahakyan deyir.

Ermənistan Qarabağda müharibəni uduzaraq, keçmiş sovet Dağlıq Qarabağ Muxtar Vilayətinin bəzi rayonlarını, o cümlədən hər iki xalqın tarixi cəhətdən vacib hesab etdiyi Şuşa şəhəri də daxil olmaqla, illərlə nəzarət etdiyi əraziləri itirib. Müharibənin sonundan iki il sonra da tərəflər sülh müqaviləsini imzalamayıb.
Yaranmış vəziyyətdə Azərbaycanın sülh sazişində özü üçün daha sərfəli şərtlərə nail olmaq üçün istifadə edə biləcəyi təzyiq vasitələri daha çoxdur. O cümlədən, hərbi əsirlər də təzyiq vasitəsi olmuşdur.
“Bu insanların əsirlikdə saxlanması sülh prosesinə mənfi təsir edir, və Azərbaycan onları sərbəst buraxsaydı, bu, sülhün xeyrinə yaxşı bir jest olardı, - Laurence Broers hesab edir. – Hərbçilərin hələ də əsirlikdə qalması Azərbaycan üzərinə pis təsir edir, sülh razılaşması üçün onun mövqeyini gücləndirmir, və, görünür, bu, insanları alver obyektinə çevirir və, ilk növbədə erməni ictimaiyyətinin gözündə, Azərbaycanın mövqeyinə zərər vurur“.
Azərbaycanın bu müharibəni udmasına baxmayaraq, beynəlxalq arenada etibarsızlıqla yanaşırlar, o cümlədən mütəmadi eskalasiyalara görə. Yunus qeyd edir ki, Qərb liderləri daha tez Ermənistan baş naziri Paşinyanla görüşməyə hazırdırlar, nəinki Prezident Əliyevlə - bir hal ki, Bakını qıcıqlandırmaya bilməz.
Məsələn, ABŞ Paşinyanı “Demokratiya sammiti”nə dəvət edib, Fransanın prezidenti Emmanuel Macron və o zaman ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nancy Pelosi Yerevana gediblər.
Son iki səfər, həmçinin, Biden-in Əliyevlə görüşünə ümid edən Azərbaycan mətbuatında tənqid dalğasını qaldırmışdı.
Ancaq bunun əvəzinə həm Pelosi, həm Qərb demokratiyası və beynəlxalq təsisatlarının digər liderləri Azərbaycanı qınayır və anlatmaq istəyirlər ki, erməni hərbi əsirləri ilə bağlı vəziyyət – insan haqlarının çoxsaylı pozulması nümunələrindən tək biridir.
Qarabağdakı müharibə ilə bağlı ən yaxın günlərdə olanı – həm Qarabağ ermənilərini Ermənistanla birləşdirən yeganə yolun blokadası, həm keçən il sentyabr eskalasiyası zamanı erməni əsirlərin öldürülməsidir.
Müharibədən sonrakı dövrdə Ermənistan sərhədindəki sentyabr döyüşləri nə birinci, nə də axırıncıdır. Qarabağda müharibənin iki ildən də əvvəl qurtarmasına baxmayaraq, orada vəziyyət hələ də gərgindir. Bu ayın əvvəlində orada, Rusiya sülhməramlılarının məsuliyyət zonasında erməni polisləri ilə azərbaycanlı hərbçilər arasında atışma nəticəsində hər iki tərəfdən 5 nəfər həlak olub.
Azərbaycan hansı şərtlərlə hərbçiləri vətənə buraxmağa hazır olduğunu çox da gizlətməyib. Hələ bundan bir neçə il əvvəl Avropa Şurası Parlament Assambleyasında ölkə nümayəndə heyətinə başçılıq edən Azərbaycan siyasətçisi Səməd Seyidov demişdi ki, Bakı “terrorçuların” qaytarılması məsələsini müzakirə etməyə hazırdır, əgər Ermənistan sülh sazişini imzalamağa razı olsa.
Ancaq müqavilənin imzalanmasına yerli ermənilərin hüquqlarının təmin olunması problemi mane olur. Onlar, Azərbaycanda hakimiyyət tərəfindən ermənifobiyanın dəstəklənməsi haqqında məlumatlar fonunda, öz təhlükəsizlikləri üçün qorxurlar.
Keçən ay Paşinyan Azərbaycana öz müqavilə layihəsini göndərib. O, Qarabağ sakinlərinin hüquqlarını müdafiə edən beynəlxalq struktur yaratmağı təklif edir, lakin Azərbaycan DİN-də bunu ölkənin daxili işlərinə müdaxilə hesab edirlər və Qarabağ ermənilərini Azərbaycan Konstitusiyasının müdafiə edəcəyinə istinad edirlər.




