You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Əl-Cəzirə redaktoru: "Anas səssizlərin səsi idi"
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Əl-Cəzirə telekanalının redaktoru Məhəmməd Moavad deyib ki, bir jurnalisti "ləkələmək və jurnalisti Həmas-a çalışmaqda ittiham etmək, nə İsrail ordusundan, nə də İsrail hökumətindən eşidilən yeni bir şey deyil".
Video açılmırsa, Youtube kanalımızda baxın.
"Anas bircə işlə məşğul idi. O, Qəzza şəhərinin daxilində yaşanan hadisələri işıqlandırırdı və səssizlərin səsi idi. Bütün günü canlı yayımda idi. Qəzzada qalan yeganə səs idi. Onun işi beynəlxalq jurnalistika institutları tərəfindən təsdiqlənirdi.
Adı ABŞ-da, Böyük Britaniyada, Financial Times, New York Times, Washington Post kimi bir çox qəzetlərin ön səhifələrindədir", - Məhəmməd Moavad deyib.
Əl-Cəzirə telekanalının beş jurnalisti daxil olmaqla İsrailin hücumu zamanı öldürülən 7 nəfər üçün dəfn mərasimi keçirilib.
İsrail ordusu Anas Əl-Şərifin "Həmas terror təşkilatının hücrə rəhbərlərindən biri olduğunu" iddia etsə də, kifayət qədər sübut təqdim olunmayıb.
Əl-Cəzirə isə bu iddanı rədd edir.
BBC-nin əldə etdiyi məlumatlara görə, Anas əl-Şərif indiki münaqişədən əvvəl Qəzzada Həmas-ın media komandasında çalışıb.
Bununla belə, onun "Həmas hücrə rəhbəri" olduğunu göstərən çox az dəlil var.
Anas Əl-Şərif ölümündən əvvəl sosial şəbəkələrdə Həmas-ı tənqid edən bəzi paylaşımlar edib.