Azərbaycan rusiyalı deputat Zatulinə görə Rusiyaya nota verib

Videonun alt yazısı, Azərbaycan Rusiyaya nota verib
Azərbaycan rusiyalı deputat Zatulinə görə Rusiyaya nota verib

Fevralın 6-da Azərbaycan Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağıraraq ona nota verib.

XİN bildirib ki, rusiyalı deputat Konstantin Zatulinin dekabrın 5-də Bakıda Qarabağın separatçı liderlərinin məhkəməsi ilə bağlı səsləndiriyi bəyanata kəskin etiraz ediblər.

Bakı belə bəyanatı "dağıdıcı fəaliyyət" kimi qiymətləndirir və buna son qoyulmasını istəyir.

Fevralın 5-də Bakı Hərbi Məhkəməsində tanınmayan keçmiş Dağlıq Qarabağ Respublikasının separatçılarına hökm oxunub.

Məhkəmənin qərarı ilə separatçıların keçmiş lideri Arayik Harutyunyan, keçmiş müdafiə naziri Levon Mnatsakanyan da daxil olmaqla 5 nəfər azadlıqdan ömürlük məhrum edilib, digər 10 nəfər barəsində isə 15-20 illik həbs qərarı verilib.

Elə həmin gün hakimiyyətdəki Vahid Rusiya partiyasının deputatı, Rusiya parlamentinin Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin bəyanat yayıb.

O deyib: "Bu, məhkəmə yox, bir cəza tədbiri, bir ədalətsiz məhkəmə idi".

Beynəlxalq Rusiya-Ermənistan Lazarev Klubu adından yayılan bəyanatda Zatulin məhkəmə qərarını pisləyib.

O, saxlanılanları "təkəbbürlü Azərbaycan hakimiyyətinin qisasçı hərəkətlərinin qurbanı" adlandırıb.

Rusiyalı deputat separatçı liderlərin saxlanılmasını qanunsuz hesab etdiyini bildirib, onların azad olunmasını tələb edib.

Konstantin Zatulin əvvəllər də Azərbaycanı tənqid edən çıxışlar edib.