"Yarısı bizdən" kampaniyası: İstanbulda mənzil fondunun yenilənməsi üçün yeni təşviq paketi

Şəklin mənbəyi, TC CUMHURBAŞKANLIĞI
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan İstanbulun Qaziosmanpaşa meydanında şəhərin mənzil fondunun yenilənməsi layihələrinin təməlqoyma mərasimində çıxış edərək şəhərin yaşayış fondunun yenidən qurulmasında “yarısı bizdən” adlı kampaniyadan danışıb.
“Biz bir dövlət olaraq yenidən qurulan evlərin xərclərinin yarısını qarşılayacayıq," - Erdoğan kampaniyanı elan edən çıxışında deyib.
Prezident binaların təzələnməsi işinə daha yüksək risk altında olan yerlərdən başlanacağını bildirib.
"Borcun 10 faizi nəğd, qalanı isə 10 il ərzində ödəniləcək. 10 faizi əvvəlcədən ödəniləcək 750 min lirə kredit üçün 5625 lirə hissə-hissə, , 900 min lirəyə isə 6750 lirə hissə-hissə ödəniləcək,” Erdoğan deyib.
“Cibində pulu olmayan vətəndaş da güzəştli şərtlərlə borc ala biləcək”.
“Evini özü təmir etmək istəyənlərə 0,74 faizlə 1 milyon 250 min lirə kredit veririk”.
Erdoğan kampaniyaya gələn çərşənbə günü başlayacağını qed edib.
O əlavə edib ki, İstanbulda kirayə yardımının məbləği 3 min 500 lirədən 5 min 250 lirəyə qaldırılıb.
Hazırda bir ABŞ dollarının Türkiyə lirəsinə qarşı məzənnəsi təxminən 19-20 təşkil edir (USD/TRY=19.40)
Daha sonra Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum “5 Addımda Yarısı Bizdən” paylaşımında bu təşəbbüs barədə daha ətraflı məlumat verib:
Mülk sahibi 26 aprel-29 may tarixləri arasında elektron hökumət vasitəsilə müraciət edəcək.
Tətbiq olunan binanın Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin mütəxəssisləri tərəfindən ilkin ekspertizası aparılacaq və müvafiq hesabat hazırlanacaq.
Könüllülük əsasında razılaşdırılan bina üçün protokol hazırlanacaq və layihə mərhələsinə başlanılacaq, lisenziyalaşdırma prosesi başlayacaq.
Binanın boşaldılması ilə başlayacaq prosesdə tikinti ən geci 2 il ərzində tamamlanacaq və bu müddətdə 10 min 500 lirə köçürmə və aylıq kirayə yardımı təmin ediləcək.







