"Mənim də ağzım var, mən də yemək istəyirəm" - səyyar satıcı

Azırbaycan kasıblıq küçə ticarəti polis rüşvət

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Bakıda yaşayan 46 yaşlı Təvəkkül Nəzərov BBC-yə deyir ki, bu ilin oktyabr ayınadək küçə ticarətiylə məşğul olub. Lakin oktyabrın 6-dan polis ona aylardır satış etdiyi yerdə işləməyi qadağan edilib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Onları buraxırsan, məni də burax da işləyim. Mən də Azərbaycan vətəndaşıyam, o da. O da yemək istəyir ağzı var, mən də yemək istəyirəm ağzım var", BBC-yə danışan 46 yaşlı Təvəkkül Nəzərov belə deyir.

Təvəkkül Nəzərov bu ilin oktyabr ayının 6-dək xırda küçə ticarətiylə məşğul olub.

O deyir ki, əsasən qadın corabı və bijüteriya satıb. Ən çox qazancı isə 70-80 manat olub. O, iddia edir ki, qazandığı pulun bir qismini müxtəlif instansiyalarla bölüşməli olub.

Oktyabr ayının 6-da ona bir tədbirlə əlaqədar olaraq, bir neçə günlük şə çıxmamaq tapşırılıb, daha sonra isə həmin yerdə küçə ticarətiylə məşğul olan başqa şəxslər işə buraxılsa da, iddia edir ki, onu işə buraxmayıblar. Buna səbəb onun polisə verdiyini iddia etdiyi gündəlik 50 manatın 20 manata endirilməsi olub.

"Gündə 50 manat pul alırdı polis. 100 manat sahə müfəttişi, o da polisdir. Yüz manat da ayda Bakı şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti alırdı. Biri var gündə 50 manat verəsən, biri var 20 manat. 30 manat mənə qalırdı, öz ehtiyaclarımı ödəyirdim. Uşaqlar Binə sovxozdan Elmlər Akademiyasında oxuyur. Ora getmək üçün hərəsinə 7-8 manat pul verirəm. Bir də balaca uşaq var. Onu anası aparıb-gətirir. 4-5 manat da onun yolpulusu edir. Mən gündə ümumilikdə 20 manat yolpulu verirəm", - Təvəkkül Nəzərov vurğulayıb.

BBC News Azərbaycanca Təvəkkül Nəzərovun "polisin rüşvət alması" iddiaları ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlaya bilməyib.

BBC Təvəkkül Nəzərovun iddiaları ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti və qurumun Ticarət Departamenti ilə əlaqə saxlamağa dəfələrlə cəhd etsə də, bu, mümkün olmayıb.

Nəzərov deyir ki, iki övladı universitetdə, biri isə məktəbdə təhsil alır. 6 oktyabrdan indiyədək 550 manatdan çox borc alıb, uşaqları məktəbə göndərib, evin digər ehtiyaclarını ödəyib. Bundan sonra isə nə edəcəyini bilmir.

"Ayın 6-dan indiyədək simit toçkası, dürüm toçkası, lavaş toçkası, narsıxma toçkası dördü də işləyir. Heç veclərinə də deyil. Kim onlara sərf edir, saxlayırlar. Soğan-çörək yemək olar, kartoşka yemək olar. Ancaq gərək uşağı təhsildən saxlamayım. Bunlar haqqında tədbir görün. Yaşamağa qoymurlar. Mən nə qədər 102-yə zəng edim. Mən nə qədər jurnalistlərə deyəcəm ki, vəziyyət bu cürdür, mən müsahibə vermək istəyirəm", - cənab Nəzərov vurğulayır.

Video açılmasa, Youtube kanalımızda izləyin.