Polşa hava məkanında Rusiya dronlarını vurub

Şəklin mənbəyi, Getty
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Polşa ordusu ölkənin hava məkanında daxil olan Rusiya dronlarından dördünü vurub.
Rusiya tərəfindən Ukraynaya edilən genişmiqyaslı hava hücumu zamanı 19 dron Polşa hava ərazisinə daxil olub.
Bu, NATO qüvvələrinin Rusiya ilə ilk birbaşa qarşıdurması kimi qiymətləndirilir.
Polşa Baş naziri Donald Tusk, dronların birbaşa təhlükə yaratdığını və dərhal zərərsizləşdirildiyini bildirib.
Hadisə zamanı Polşanın dörd hava limanı, o cümlədən Varşava Şopen hava limanı müvəqqəti bağlanıb.
Hərbi qüvvələr və NATO-nun hava müdafiə sistemləri, o cümlədən Hollandiya F-35 qırıcıları yüksək hazırlıq vəziyyətinə gətirilib.
Vətəndaşlara evdə qalmaq tövsiyə olunub.
Ukrayna rəsmiləri İran istehsalı olan ən azı səkkiz Shahed dronunun Polşa ərazisinə keçdiyini açıqlayıb.
Bu insident Rusiya və Belarusun NATO sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimlərlə eyni vaxtda baş verib və bölgədə təhlükəsizlik gərginliyini daha da artırıb.
Videoya YouTube kanalımızda baxın.




