Xameneinin köməkçisi Putinlə görüşüb

Putin və Laricani

Şəklin mənbəyi, Kreml

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

İranın ali dini lideri Xameneinin müşaviri Əli Laricani Rusiya Prezidenti Ptinlə görüşüb. Bu barədə Kremlin sözçüsü Dmitry Peskov deyib.

Əli Laricaninin Moskvaya səfəri gözlənilməz olub.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Peskov deyib ki, Laricani Putinlə Yaxın Şərqdəki "eskalasiya" və İranın nüvə proqramı barədə danışıb.

Onun sözlərinə görə, Rusiya Prezidenti regionda vəziyyətin "sabitləşməsini" və İranın nüvə məsələlərinin "siyasi həllini" dəstəkləyib.

İyulun 25-də Iranın İstanbulda Britaniya, Almaniya və Fransa nümayəndələri ilə nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edəcəyi gözlənir.

Laricaninin Putinlə "gözlənilməz" görüşü İran mətbuatında kifayət qədər diqqət çəkib.

Media bunu "vacib diplomatik mesajların" mübadiləsi üçün "xüsusi səfər" adlandırıb.

Mühafizəkar Cavan qəzeti Laricaninin Moskva səfərini "şahmat oyunundakı müharibə strategiyasının başqa bir gedişi"nə bənzədib və iddia edib ki, Rusiya və Çin Amerikanın regiondakı hegemonluğunu məğlub etmək üçün İrana daha çox ödəməlidir.

İslahatçılara yaxın olan Sazandegi İstanbul görüşünə işarə edərək yazıb ki, görüşün təfərrüatları az olsa da, Tehran "müharibənin kölgəsini İrandan uzaqlaşdırmaq üçün diplomatik səylərini artırıb".

Video açılmırsa, Youtube kanalımızda baxın.