VPN nədir və nə üçün lazımdır?

Şəklin mənbəyi, Getty Images
İngilis dilində "bandwidth" sözü internetə qoşulmuş istənilən cihazın müəyyən müddət ərzində qəbul edə biləcəyi məlumatların miqdarını ifadə edir.
İnternetə məhdudiyyətləri aradan qaldırmağın yeganə yolu VPN-dən istifadə etməkdir.
VPN nədir?
VPN ingilis dilində “virtual özəl şəbəkə” deməkdir.
İstifadə etdiyimiz cihazlar internetə provayder xidməti vasitəsilə qoşulsa da, VPN bizim cihazımızla başqa kompüter arasında təhlükəsiz əlaqə quraraq özəl şəbəkə yaradır.
Yəni biz başqa bir cihazın internet bağlantısından istifadə edərək internetə daxil oluruq.
Bu, kimliyimizin və internetdəki fəaliyyətimizin gizli qalmasına imkan verir.
VPN-dən istifadə məxfiliyi təmin edirmi?
İşçilər ofisdən kənarda da öz şəxsi əməliyyat sistemlərinə təhlükəsiz şəkildə daxil ola bilsinlər deyə korporativ müəssisələr masaüstü kompüterlərdə, noutbuklarda, planşetlərdə və telefonlarda VPN-dən istifadə edirlər.
Bundan başqa, VPN istifadəçilərin onlayn fəaliyyətlərini başqa ölkələrdəki kompüterlərə yönləndirməklə hökumətlərin internetə giriş məhdudiyyətlərini aradan qaldırmağa da kömək edir.
Eyni zamanda, müəllif hüququ tətbiq edilmiş filmlərə də VPN vasitəsilə baxmaq olar.
Bəzi ölkələr VPN serverlərini bloklamağa çalışsalar da, daim yeniləri yarandığı üçün ondan istifadəni tamamilə məhdudlaşdırmaq mümkün olmur.
Amma bəzi VPN serverləri istifadəçilərin məlumatlarını qeyd etdikləri üçün tam məxfilik təmin edə bilmirlər.
Bununla belə, şəbəkəyə qoşulanların IP ünvanını gizli saxlamaqla məxfiliyi və təhlükəsizliyi artırdığı üçün VPN-dən istifadəyə üstünlük verilir.




