Uels şahzadəsi Catherine xərçəng xəstəliyindən müalicə alır

Catherine

Şəklin mənbəyi, BBC STUDIOS

Uels şahzadəsi Catherine bildirib ki, o, xərçəng diaqnozundan sonra müalicənin ilkin mərhələsindədir.

Video müraciətində Catherine deyib ki, bu, "ağır keçən bir neçə aydan sonra böyük şok" olub.

Lakin o, pozitiv mesaj göndərərk bildirib: "Özümü yaxşı hiss edirəm və gücüm hər gün daha da artır".

Xərçəngin təfərrüatları açıqlanmayıb, lakin saraydan verilən məlumata görə, şahzadənin tam sağalacağına inanırlar.

42 yaşlı şahzadə deyib ki, o, xərçəngdən əziyyət çəkən insanlar haqqında düşünüb: "Hər kim ki bu xəstəlikdən əziyyət çəkir, bu və ya başqa formada, xahiş edirəm, ümidinizi itirməyin. Siz tək deyilsiniz".