You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ermənilər Paşinyan-Əliyev görüşü barədə nə yazırlar?
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi danışıqları ilə bağlı Ermənistan Baç nazirinin Facebook səhifəsindəki münasibətlər əsasən müsbət xarakterlidir.
İlk post azərbaycanlı istifadəçinin ingilis dilində "Uğurlar!"(Good luck!) xeyir-duası ilə başlayır.
Azərbaycandan olan sosial media şərhləri videosuna buradan baxın.
Vardan Ohanyan adlı istifadəçi danışıqların vasitəçi olmadan keçirilməsinə diqqət çəkib.
Digər istifadəçi yazır: "Qoy sülh olsun, əsir düşmüş balalarımıza azadlıq".
Çoxları öz münasibətini şüar formasında ifadə edir, bu qadın kimi: "Yaşasın Ermənistan Respublikası; Allah suveren dövlətimizə və millətimizə kömək olsun".
"Ay Allah, xoş xəbərlər gözləyirik", - nikbin ruhda yazan xanımın şərhinə digəri bədbin cavab verir: "Xanım, sizin həqiqətən probleminiz var, buludların üstündən yerə enin. Bu qədərdən sonra daha nə yaxşı xəbər?".
Bəziləri ehtiyatlanırlar ki, "yenə nə isə güzəşt edəcək, nə isə qarşı tərəfə təhvil verəcəyik".
İstifadəçilərdən biri yazır: "Rusiya iştirak etmirsə, heç nə satılmayacaq, arxayın olun".
Çoxlu, demək olar yüzlərlə istifadəçi belə şərh yazıb: "Nikol – Baş nazir!!! Sülh olsun", "Allah xalqımıza sülh yetirsin" kimi şərhlər var.
Bu səhifədə çoxları Baş nazirlə fəxr etdiyini, onun sülh yolunda fəaliyyətini alqışlayırlar.
"Sənə uğurlar arzulayıram, Nikol can", "Təşəkkür edirəm, cənab Paşinyan. Erməni dünyasına sülh".
Lakin ara-sıra belə şərhlərə də rast gəlirik.
"Mənim torpağımda doğulmuş bir insanın öz xalqına qarşı necə davrana biləcəyini görəndə məni çox ağrıdır və utandırır. Artsax zorla yox, xəyanət nəticəsində itirildi. Bu itki ilə necə yaşayır, bunu necə həzm edirsiniz? Qurbanlarımızı unutmaq, onların xatirəsi ilə oynamaq milli biabırçılıqdır. Tarix susmayacaq", - istifadəçilərdən biri yazıb.
Video açılmırsa, Youtube kanalımızda baxın.