Trump: Putin razılaşmasa, pis olacaq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Donald Trump-la telefonla danışıb və Birləşmiş Ştatların Ukraynanı dəstəkləyəcəyinə inanır.

Elə Trump da Zelenski ilə telefon danışığının çox yaxşı keçdiyini bildirib.

Video açılmırsa, Youtube kanalımızda izləyin

"10 bal verərdim, çox səmimi", - Trump Zelenski ilə telefon söhbətini belə qiymətləndirib.

Birləşmiş Ştatlar Prezidenti avqustun 15-də Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşəcək.

Trump deyib ki, əgər bu görüşdə Putin Ukrayna ilə müharibəni dayandırmağa razılaşmasa, bunun "çox ağır nəticələri olacaq".

Almaniyada səfərdə olan Ukrayna Prezidenti bildirib ki, Putin hədə-qorxu gəlmək üçün bütün Ukraynanı işğal edə biləcəyini dedir.

Hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir.