Mehriban Əliyeva və Anna Hakobyan ilk dəfə foto çəkdiriblər

Şəklin sol tərəfində ağ geyimdə olan Anna Hakobyan görünür. Onun yanında Ermənistan Baş naziri Nikol Paşinyan dayanıb. Paşinyan gülümsəyir. Ondan sağda ağ geyimdə olan Mehriban Əliyeva dayanıb. Onun sağında isə İlham Əliyev dayanıb və o, gülür.

Şəklin mənbəyi, Anna Hakobyan/Facebook

Azərbaycan və Ermənistanın Birinci lediləri ilk dəfə birlikdə şəkil çəkdiriblər.

Hayha çayında gəmi gəzintisində isə Mehriban Əliyeva və Anna Hakobyanın söhbət etdiyi görünür.

Onların görüntülərinə sosial mediada həm təqdiredici, həm də tənqidi şərhlər gəlib.

Azərbaycandan olan sosial media istifadəçiləri Anna Hakobyanın 2019-cu ildə Mehriban Əliyevanı Qarabağa muğam dinləməyə çağırmasını xatırlayıblar.

"Vaxt varıydı Mehriban xanımı qonaq çağırırdı Qarabağa", – bir sosial media istifadəçisi yazıb.

Hər iki ölkədən yazılan şərhlərdə Azərbaycan və Ermənistan arasında qanlı müharibələr də yada salınıb.

"Kaş ki bu ünsiyyət müharibədən əvvəl olardı. O qədər cavanın həyatı da məhv olmazdı", – digər bir istifadəçi yazıb.

Ermənistandan olan sosial media istifadəçisi isə belə yazıb: "Tariximizi necə unuda bilərsiniz? Övladlarımızın ölümünü bağışlamaq və hələ buna haqq qazandırmaq üçün nəsə yazmaq".

"Müharibə və insanların ölməsini istəyirsiniz… dünyaya sülh lazımdır", – başqa biri qeyd edib.

"Müharibə bitdi. Sülh olacaq. Birgə işgüzar əlaqələr, ticarət. Gələcək nəsillər üçün qəzəbi unutmağın vaxtıdır. İngiltərə və Fransa kimi", – sosial şəbəkələrin Ermənistan seqmentində yazılıb.

Mehriban Əliyeva və Anna Hakobyan həyat yoldaşlarını Çində, Şanxay Əməkdaşlıq Təşkilatının sammitində müşayiət ediblər.

Video açılmırsa, YouTube kanalımızda izləyin.