Laçın aeroportunun təhvil verilməsi gecikir

Laçın aeroportu

Şəklin mənbəyi, sosial media

Laçın aeroportunun təhvil verilməsi gecikir.

Deyilirdi ki, onun tikintisi 2024-cü ildə bitəcək, amma beş ay keçsə də, hələ aeroport təhvil verilməyib.

Laçın hava limanı işğaldan azad olunmuş ərazilərdəki 3-cü, ölkəninsə 9-cü beynəlxalq aeroportu olacaq.

O, həm də Azərbaycanın istifadə olunmayan çoxlu bölgə aeroportlarınadan biri ola bilər.

İlham Əliyev Füzuli və Zəngilan aeroportlarını da açıb, amma onlar hələ ki, istifadəsizdir.

Hərçənd, Füzuli aeroportuna bu yaxınlarda Bakıdan uçuşlar gözlənir.

Azərbaycanda Gəncə və Naxçıvan istisna olmaqla, Zaqatala, Lənkəran və Qəbələ hava limanları da illərdir işləmir.

Həmin aeroprtlardan nə yerli, nə beynəlxalq uçuşlar olur.

Ancaq onların saxlanması üçün hər il dövlət büdcəsindən çoxlu pul xərclənir.

Videoya Youtube kanalımızda baxın.