COP29 razılaşma ilə başa çatdı

Şəklin mənbəyi, Getty Images
- Müəllif, İlkin Həsənov
- Vəzifə, BBC News Azərbaycanca,Bakı
Builki COP29 başa çatdı, şad xəbər odur ki, razılaşma əldə olundu.
Bu gündən etibarən Bakı yollarındakı COP29 zolaqları silinib, distant təhsil başa çatıb. Ümumtəhsil məktəblərində payız tətili yekunlaşıb.
Bu gündən, həmçinin beynəlxlaq tədbirə görə Bakı nəqliyyatında və iş qrafikində tətbiq edilən rejim əvvəlki vəziyyətinə qayıdır.
COP29-da əldə olunan razılaşmaya görə, zəngin ölkələr iqlim dəyişikliyinə hazırlaşmaq və onun qarşısını almaq üçün kasıb ölkələrə hər il 300 milyard dollar verəcəklər.
Bu, indiyə qədərki iqlim dəyişikliyi tədbirlərindəki rekord məbləğdir.
Razılığn əldə olunması heç də asan olmadı, tədbir planlanandan 33 saat gec başa çatdı, məyusluqlar, gərginliklər oldu.
Mübahisəli qalan məsələlər gələn il Braziliyada keçiriləcək COP30 tədbirində müzakirə olunacaq.
Videoya YouTube kanalımızda baxın.







