Heydər Əliyevin Moskvadakı villası: vergi borcu, mübahisəli ərazi

Şəklin mənbəyi, PRESIDENT.AZ
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin Moskvadakı mülkünə vergi borcu gəlib, rusiya mediası belə iddia edir.
Yazırlar ki, nəvə Heydərin borcu təxminən 1 milyon rubl və ya 21 min manatdır.
Söhbət Heydər Əliyevin Moskvanın mərkəzində Barvixa qəsəbəsindəki dəbdəbəli villasından gedir.
Bu villa qəsəbənin ən prestijli və qapalı ərazisi sayılan "Mayendorf bağları"nda yerləşir.
Komsomolskaya Pravda nəşrinin bildirdiyinə görə, Heydər Əliyevin doğum tarixi Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin saytında səhvən göstərilib.
Ona görə də onun dəqiq nə qədər vergi borcu olduğunu müəyyənləşdirmək çətinləşib.
Bunu əsas gətirən Rusiya mediası borcun daha çox ola biləcəyini iddia edir.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Hələlik Azərbaycan hökuməti bu iddialara cavab verməyib. Və bu iddialar Rusiya ilə Azərbaycan arasında münasibətlərin son həftələrdə gərginləşməsindən sonra ortaya çıxıb.
Araşdırmaçı jurnalistləri özündə birləşdirən müstəqil "Proekt" nəşri 2019-cu ildə Heydər Əliyevə məxsus bu villanın 35 milyon dollar dəyərində olduğunu yazıb.
Rusiya mediasının bildirdiyinə görə nəvə Əliyevə məxsus bağın sahəsi 70 sotdan çoxdur. Villanın sahəsi isə 1600 kvadrat metrdir.
Ondan bir neçə yüz metr aralıda isə Leyla Əliyevaya məxsus olduğu deyilən və ümumi sahəsi təxminən 80 sot olan şəxsi bağ evi yerləşir.
Onların villası Rusiya Prezidenti Vladimir Putinə və keçmiş Prezident Dmitriy Medvedevə məxsus villalarla eyni ərazidədir.
Maraqlı məqam odur ki, 10 milyonlarla dollar qiyməti olan bu villalar problemli ərazidə tikilib.
Belə ki,Prezidentin oğlu və qızına məxsus villalar Rusiya Prezidentlərinin Mülkiyyətinə məxsus olan keçmiş "Barvixa" sanatoriyasının ərazisindədir.
Yəni Putin və Medvedevin burada villasının olması hüquqidir. Digər mülkiyyətçilərlə bağlı isə Rusiya Baş Prokurorluğu məhkəmə iddiası qaldırıb.
Video açılmırsa, YouTube kanalımızda baxın.







