Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaya çağırıb

Avropa İttifaqı

Şəklin mənbəyi, Avropa Parlamenti

Avropa parlamenti Azərbaycana qarşı sanksiya çağırışı edib.

Rəsmi Bakı isə Avropa Parlamentinin Azərbaycanla bağlı bu son qətnaməsini "əsassız" adlandırıb.

Avropalı deputatlar Avropa İttifaqını, onların təbirincə, ciddi insan haqları pozuntularına yol vermiş azərbaycanlı məmurlara qarşı sanksiyalara çağırıblar.

Onlar Avropa Komissiyasının Bakı ilə enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxmasını istəyirlər.

Avropa Parlamenti tanınmış iqtisadçı Qubad İbadoğluya qarşı bütün ittihamların geri çəkilməsini və digər fəalların azadlığa buraxılmasını tələb ediblər.

Rəsmi Bakı hesab edir ki, bu qətnamə Azərbaycandakı insan haqları ilə bağlı vəziyyəti təhrif edir.

Sanksiya çağırışları Azərbaycan və Aİ arasındakı münasibətləri “yalnız mürəkkəbləşdirir”, Azərbaycan XİN bildirib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube