You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İlham Əliyev ABŞ Prezidenti Trampı tərifləyib
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
New Yorkda Birləşmiş Ştatlar Prezidenti Donald Trump deyib ki, 22 ildi döyüşən Ermənistan və Azərbaycanı barışdırıb.
Onun nitqinə İlham Əliyev cavab verib ki, "Hətta daha çox, 30 ildən çox" dövrdə olub münaqişə.
O daha sonra Trumpa deyib ki, "Siz möcüzə yaratdınız cənab Prezident".
30 ildən çoxdur döyüşən Ermənistan və Azərbaycan arasında münaqişə dayanıb.
Avqustun 8-də Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətnini təsdiqləyiblər.
Ondan bəri Tramp mümkün olan bütün platformalarda uzun illər döyüşən iki xalqı barışdırdığını deyir.
İki ölkə arasında yaxınlaşma iyulun 10-da İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi
də keçən 5 saatlıq görüşündə əldə olunub.
İlham Əliyev və Mehriban Əliyeva Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Baş Assambleyasında iştirak üçün Birləşmiş Ştatlardadırlar.
Video açılmırsa, YouTube kanalımızda baxın.