Balakənin icra başçısı "saxlanılıb" və işdən çıxarılıb

Balakənin uzun illər icra başçısı olan İslam Rzayev kürsüdə çıxış edir

Şəklin mənbəyi, Balakən İH

Şəklin alt yazısı, Balakən rayonunun keçmiş icra başçısı İslam Rzayev

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Balakənin icra başçısı İslam Rzayevin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldığı deyilir.

Bunu yerli media yazıb və ardınca Prezident İlham Əliyev onu vəzifəsindən azad edib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Bununla bağlı prezidentin saytında sərəncam dərc edilib.

Yerli media DTX-nın rayon icra hakimiyyətində keçirdiyi əməliyyatı korrupsiya ittihamları ilə əlaqələndirir. İcra başçısı ilə yanaşı onun müavinlərinin və digər rəsmi şəxslərin saxlandığı iddia olunur.

BBC News Azərbaycanca bu barədə Balakən rayon icra hakimiyyətindən və DTX-dan cavab ala bilməyib.

Azərbaycanda icra başçılarının həbsi barədə məlumatlar ilk dəfə deyil yayılır.

2020-ci ilin ilk 5 ayı ərzində Azərbaycanda işdən çıxarılan icra başçısının sayı 6 olub.

Həmin vaxt təkcə icra başçıları deyil, həm də müxtəlif nazirlik və dövlət xidmətlərinin də yüksək vəzifəli şəxsləri həbs olunmuşdu.

Həmin şəxlərin çoxu "səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığında" ittiham olunublar.

İndiyədək saxlanmış yüksək vəzifəli şəxslərin özünə qarşı ittihamları barədə reaksiyası məlum deyil.

Video açılmırsa, Youtube kanalımızda baxın.