You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Paşinyan: "İranla Naxçıvan üzərindən də əlaqə qurmaq istəyirik"
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycanla olan razılaşmalardan biri regional nəqliyyat xətlərinin yenidən açılmasıdır.
Onun sözlərinə görə, bu, həm də Ermənistan və İran arasında dəmiryol əlaqəsi üçün yeni imkanlar açacaq.
"Bura Naxçıvan-Culfa dəmiryol xətti ilə əlaqənin qurulması da daxildir. Bu isə İranın dəmiryolu ilə Ermənistana, buradan da Qara dənizə çıxış imkanı deməkdir. Bu, "Sülh Kəsişməsi" layihəsi ilə tamamilə üst-üstə düşür", - Nikol Paşinyan deyib.
Video açılmırsa, YouTube kanalımızda izləyin.
Paşinyan bunu İran Prezidenti Məsud Pezeşkianla görüşündə deyib.
Tehran və Yerevan razılaşıb ki, İran şirkətləri regional nəqliyyat xətlərinin tikintisində iştirak etsinlər.
Pezeşkian avqustun 18-i və 19-da Ermənistanda rəsmi səfərdə olub.