Ukrayna müharibəsi: ABŞ Ukraynaya Abrams tankı verə bilər

Şəklin mənbəyi, DEFENSE.GOV
Bir neçə Qərb mediası eyni vaxtda öz mənbələrinə istinadən xəbər yayıb ki, ABŞ Prezidenti Jo Biden administrasiyası Amerikanın M1 Abrams tanklarını Ukraynaya göndərməyi düşünür.
Əvvəllər Washington (Vaşinqton) Kiyevi bu cür avadanlıqla təmin etməkdən imtina edirdi, indi isə o, Almaniya hökumətini Ukrayna Silahlı Qüvvələrinə alman Leopard-2 tankları verməyə sövq etmək üçün fikrini dəyişə bilər.
ABŞ-ın Ukraynaya "Abrams" göndərməyə meyilli olduğunu Amerikanın "Wall Street Journal"ın həmsöhbətləri bildirir. Onlar Kiyevin nə qədər tank ala biləcəyini dəqiq göstərmir, lakin yazıya görə onların sayı əhəmiyyətli dərəcədə ola bilər.
Reuters də Washington-un öz tanklarını Kiyevə göndərməklə bağlı mövqeyinin dəyişməyə başladığını təsdiq edir. Agentlik iki amerikalı rəsmiyə istinadən yazır ki, "Abrams"-ların Ukrayna Silahlı Qüvvələrinə verilməsi hətta bu həftə elan oluna bilər.
Bununla belə, Reuters-in həmsöhbətləri bu məsələ ilə bağlı yekun qərarın verilib-verilmədiyini bilmədiklərini deyirlər.
"The New York Times" da öz mənbələrinə istinadən yazır ki, Biden administrasiyası Ukraynaya Amerika tanklarının tədarükü ilə bağlı “qərar verməyə yaxınlaşır”.
Adı açıqlanmayan bir ABŞ rəsmisi Politico nəşrinə deyib ki, ABŞ Kiyevə 30-a yaxın Abrams tankı göndərə bilər.
Son günlər Ukrayna və onun Qərb müttəfiqləri Almaniya hökumətini Kiyevə Almaniya istehsalı olan Leopard-2 əsas döyüş tanklarının tədarükünə icazə verməyə inandırmağa çalışır.
Belə maşınlar təkcə Bundesverdə yox, həm də bir çox Avropa dövlətlərində var.
Çərşənbə axşamı Spiegel jurnalı öz mənbələrinə istinadən yazıb ki, Almaniya kansleri Olaf Scholz Ukraynaya Leopard-2-lərin tədarükü barədə artıq qərar verib və Kiyev ən azı bir tank bölüyü (yəni təxminən 14 maşın) ala bilər. Daha sonra Reuters də eyni məlumatı yayıb. Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.

Şəklin mənbəyi, NURPHOTO
Təhlil: M1 Abrams nədir və nə üçün Ukrayna ordusu üçün uyğundur?
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Pavel Aksenov
BBC
"M1 Abrams" ən yaxşı müasir əsas döyüş tanklarından biridir və əlbəttə ki, Ukraynanın gözlədiyi Leopard-2-dən pis deyil. Onların çatdırılması olduqca məntiqli bir addım kimi görünür - "Abrams" alman "Leopard-2"-dən təxminən 2,5 dəfə çox istehsal edilib: 10600, 3600 ədədə qarşı.
Amerika hakimiyyətinin əvvəllər bu tankı saxlamağın və təmir etməyin, həmçinin onunla işləməyi mənimsəməyin çətin olduğu, onun çoxlu yanacaq sərf etdiyi bağlı gətirdiyi arqumentlərə etiraz etmək olar.
"M1 Abrams", doğrudan da, hədəfləri seçmək və onlara nişan almağa kömək etmək üçün lazer məsafəölçənləri, gecəgörmə cihazları və bort kompüterini özündə birləşdirən ən qabaqcıl (və mürəkkəb) atəşə nəzarət sistemlərindən birinə malik müasir tankdır.
"Abrams"ın xüsusiyyətlərindən biri də turbo mühərrikdən istifadə etməsidir. Və o, həqiqətən çox yanacaq sərf edir.
Ancaq bununla yanaşı, istənilən halda, heç kim ərazidə elektronikanı təmir etməyəcək, bu, çox çətindir. Turbo mühərrik qismən etibarlıdır. Yanacağa gəldikdə isə, onun "acgözlüyünü" iddiasızlıq kompensasiya edir. "Abrams" ın yanacaq çəni reaktiv mühərriklər üçün nəzərdə tutulan- benzin, dizel, hətta gəmi dizeli kimi yanacaqlarla doldurula bilər.
Belə bir mühərrik tankın sürətini və manevr qabiliyyətini artırır, eyni zamanda daha az səs-küy yaradır, bu da döyüş şəraitində vacibdir.
Qonşu Polşanın quru qoşunları "M1 Abrams" ilə silahlandırılıb, deməli, təmir bazası Ukraynadan çox da uzaqda deyil. Bu isə həm də o deməkdir ki, ehtiyat hissələrinin tədarükü üçün logistika artıq qurulub və yeni tədarük marşrutlarının təşkilinə ehtiyac qalmayacaq.
Nəhayət, Ukrayna Silahlı Qüvvələri artıq Rusiya ordusundan qənimət götürülmüş T-80 tanklarından istifadə edir. Onlarda da turbo quraşdırılıb və ukraynalı tank ekipajları müharibədə belə avadanlıqlardan istifadənin xüsusiyyətləri ilə tanışdırlar. Hər halda, "Abrams"ı mənimsəmək tankçılar üçün alman "Leopard"-ından daha çətin deyil - hər iki tank eyni nəsildəndir, atəş açmaqla bağlı mürəkkəb idarəetmə sisteminə malikdirlər və bundan başqa, bir topla silahlanıblar.
"Abrams"ın əsas çatışmazlığı onun ağır çəkisidir - o, dünyanın ən ağır tanklarından biridir. Çox güman ki, palçıqlı ərazi şəraitində onu istifadə etmək olduqca çətin olacaq. Lakin palçıq sovet istehsalı olan daha yüngül tankların istifadəsinə də tez-tez maneə yaradır.
Tanksız "Rammstein"
Bəzi ölkələr, o cümlədən, Polşa və Finlandiya artıq öz "Leopard"-larının bir hissəsini Ukraynaya verməyi təklif ediblər, lakin bunun üçün Berlinin razılığı lazımdır.
ABC News-un yüksək rütbəli ukraynalı rəsmiyə istinadla verdiyi məlumata görə, Rammstein aviabazasında aparılan danışıqlarda 12 ölkə, Berlin təkrar ixraca icazə verən kimi Kiyevə 100-ə yaxın Leopard-2 tankı tədarük etməyə razılaşıb.

Şəklin mənbəyi, Reuters
Bununla belə, Rammstein-dəki görüş iştirakçıları Kiyevin tanklarının tədarükü barədə razılığa gələ bilməyiblər. Bundan sonra Berlinə təzyiq güclənib.
Bəzi Qərb KİV-lərinin məlumatına görə, Almaniya rəhbərliyi təkid edir ki, Ukraynaya Almaniyanın ağır hücum texnikası yalnız onlar ABŞ-dan "Abrams" alacağı təqdirdə verilə bilər.
Almaniya rəsmiləri bu məlumatı təkzib etsələr də, jurnalistlər Berlin və Washington-un “tank qərarları” arasında əlaqə haqda yazmaqda davam edirlər.
KİV-in yazdığına görə, Almaniyanın tərəddüdü NATO ölkələrinin Rusiya ordusu ilə birbaşa hərbi qarşıdurmaya girmək riski ilə üzləşdiyi bir vaxtda onun münaqişənin genişlənməsinə imkan vermək istəməməsi ilə bağlıdır.
Eyni zamanda, Berlin artıq Ukraynanı özüyeriyən haubitsalar, hava hücumundan müdafiə sistemləri və Marder zirehli texnikası ilə təchiz edir (sonuncu - Amerikanın "Bradley" piyada döyüş maşınları və Fransanın AMX-10RC yüngül tankları ilə birlikdə).
İndiyədək Ukraynaya Qərb tipli əsas döyüş tanklarının tədarükünə razılıq verən yeganə ölkə Böyük Britaniyadır. London özünün 14 “Challenger-2” tankını Ukrayna Silahlı Qüvvələrinə təhvil verdiyini açıqlayıb.
Bundan əvvəl ABŞ rəsmiləri "Abrams"ı Ukraynaya göndərmək istəmədiklərini bildirmişdilər. Lakin bunun Qərblə Rusiya arasında münaqişəni gərginləşdirmək qorxusuna görə yox, Amerikanın əsas döyüş tanklarının istismarının çox çətin olduğunu və böyük miqdarda yanacaq tələb etdiyinə görə olduğunu açıqlamışdılar.
"Abrams" çox mürəkkəb texnikadır. Onlar bahalıdır və onlarla necə davranmağı öyrənmək çətindir. Onlar reaktiv mühərriklə işləyir – deyəsən, yanacaq sərfi hər mil üçün üç qallon təyyarə yanacağıdır (km-ə təxminən 8,5 litr – ). Bu, istifadə üçün asan sistem deyil”, – deyə Politico nəşri Pentaqonun yüksək rütbəli rəsmisi Colin Kahlın Kiyevə son səfəri zamanı dediklərinə istinad edib.







