Azərbaycanın yeni silahları nədir, haradan alınıb?

Şəklin mənbəyi, AzTV, President.az
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycan silah arsealına qatdığı bəzi yeni silahları paradda göstərib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
İlk silah Çin istehsalı olan və uzaqmənzilli HQ-9 BE raket kompleksidir.
Bu silahın ixrac olunan varinatı təyyarələri, kruiz raketləri və qısa mənzilli ballistik raketləri təxminən 200 km məsafədən vurmaq üçün nəzərdə tutulub.
Onun vurduğu maksimum hündürlük isə 27 kilometrə yaxın olduğu bildirilir.
Bu silah ilk dəfədir bir keçmiş Sovet respublikasına satılır və Azərbaycan dünyada onu silahlanmasına qatan 4-cü ölkə olub.
Beynəlxalq hərbi nəşlər bu silahın may ayında Hindistan-Pakistan münaqişəsi zamanı istifadə olunduğunu yazır.
Bundan əvvəl də, 2024-cü ildə Azərbaycan Çin-Pakistan birgə istehsalı olan JF-17 Blok 3 qırıcılarını alıb.
Həmin il keçirilmiş hərbi paradda onu yerli pilotlar idarə edib.
Pakistan mənbələrinə görə, təyyarələrlə yanaşı onların döyüş sursatları da təmin edilib, pilotlar təlimləndirilib.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Azərbaycanın daha bir yeni silahı İsrail istehsalı "Sea Breaker" raketləridir.
Həm dənizdə, həm də quruda istifadə oluna bilən raketlərin 5-ci nəsil olduğu deyilir.
Onların hədəfi 300 km-ə qədər məsafədən vurduğu və tək raketin kiçik döyüş gəmisini məhv edə bildiyi bildirilir.
Göstərilən yeni silahların biri də Serbiya istehsalı 155 mm-lik B-52 Nora özüyeriyən artileriya qurğusudur.
Serbiya Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın sonunda Serbiya və Azərbaycan hərbçiləri bu silahla birgə təlim keçiblər.
Özüyeriyən topun mərmilərinin 40 kilometrdən çox məsafəyə atəş aça bildiyi bildirilir.
Silahın əsas üstünlüyünün onun mobilliyi olduğu deyilir.
Bunlardan başqa hərbi keçiddə Azərbaycanın silahlanmaya qəbul etdiyi onlarla yeni silah və texnika ilk dəfə nümayiş olunub.
Təqdim olunan silahların alış qiyməti məlum deyil.
Azərbaycan bir qayda olaraq aldığı silahların dəyərini açıqlamır.
Yeni silahlardan məlum olur ki, rəsmi Bakı silah təminatında Çin, İsrail, Serbiya, Türkiyənin müasir silahlarına yönəlib.
Buna kimi uzun illər Azərbaycanın əsas silah təminatçısı Rusiya olub, bir də əsasən Ukrayna, Belarus.
Azərbaycan son iki ildir ki, hərbi və təhlükəsizlik xərclərini artırır və bu rəqəm 20 faizdən çoxdur.
İkinci Qarabağ Müharibəsində qalib gələndən sonra Azərbaycan hələ də silahlanmaqda davam edir.
Ölkə Prezidenti İlham Əliyev noyabr ayında deyib ki, güc amili dünyada aparıcı amildir və belə olan halda müdafiə potensialı, hərbi güc əsas məsələdir.
Videoya YouTube kanalımızda baxın.








