Kəndlilər və toy sektoru gələn ildən daha çox sığorta ödəyəcək

Şəklin mənbəyi, Azərtac
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
2026-cı ildən torpağını istifadə edən fiziki şəxslərin sosial sığorta haqları artırılacaq.
Yerli mətbuata görə, "Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə belə yazılıb.
Yeni dəyişikliyə görə, torpağı 5 hektaradək olanlar minimum əməkhaqqının 5 faizi, yəni 20 manat sığorta haqqı ödəyəcəklər.
Torpaq sahəsi 10 hektardan yuxarı olanlar isə 50 manat məcburi sosial sığorta haqqı ödəməli olacaqlar.
2026-cı ildə Azərbaycanda minimum əmək haqqı 400 manat olaraq qalacaq, yəni artım nəzərdə tutulmur.
Kənd təsərrüfatı üzrə təhlilçi Vahid Məhərrəmov hesab edir ki, kəndlilər bu qərardan zərər görəcək.
"Keçən il dizel və benzinin qiyməti artırıldı. Bir kisə gübrənin qiyməti 20 manatdan 80 manata qalxıb son 2-3 ildə. Kəndlinin xərci artır, gəliri azalır. Gəliri azalanda qazancı da azalır", - Vahid Məhərrəmli BBC-yə deyib.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Kənd təsərrüfatı naziri noyabrın 13-də Mili Məclisdə deyib ki, "hazırda ölkədə bir fermerin payına orta hesabla 1,7 hektar torpaq düşür və bu sahə ilə ailəni ilboyu təmin etmək mümkün deyil".
Təhlilçi deyir ki, yaxın günlərdə kənd təsərrüfatı nazirinin dediyi bu sözlər də fermerin vəziyyətinin etirafıdır.
"Xərcləri artır də, indi təsəvvür edin. Əgər ildə onlar əvvəllər 96 manat xərcləyirdisə, indi sosial sığorta üçün 200 manat xərcləyəcəklər 200 manat"
Mütəxəssisin sözlərinə görə, burada daha bir problem odur ki, kənd təsərrüfatında, adətən, işlərin əksəriyyəti mövsümü olur, ancaq bu sığorta haqları aylıq ödənilməlidir.
O deməkdir ki, iş olmadığı, qazanc olmadığı aylarda da sosial sığorta haqları ödənilməlidir.
"Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişikliklə həm də toy, şənlik və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik, foto, video çəkmək xidmətləri göstərənlərin də sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 5 faizindən 8 faizinə, yəni 20 manatdan 32 manata qaldırılır.







