2023-cü ilin ən çox gözlənilən 23 filmi

“Maverick”, “Jurassic World: Dominion” və “Avatar: The Way of Water” - bunlar 2022-ci ildə ən yüksək gəlir gətirən filmləridir.

Bu həm kinosevərlər, həm də kino sənayesi üçün yaxşı xəbərdir.

Pis xəbər odur ki, kinoteatrlarda tamaşaçı sayı hələ də pandemiyadan əvvəlki səviyyəyə çatmayıb.

2023-cü il koronavirusdan əvvəlki dövrə qayıdacağımız il ola bilərmi?

Bu il ekranlara kino dünyasını səbirsizliklə gözlənən günlərə qaytarmaq potensialına malik 23 film çıxacaq.

1. “Till”

1950-ci illərdə Amerikanın cənubunda baş vermiş real və sarsıdıcı hadisələrə əsasən çəkilmiş “Till” filmi ağdərili bir qadına fit çalmaqda günahlandırılandan sonra qaçırılaraq öldürülən 14 yaşlı Emmet Tillin həyat hekayəsindən, onun anası Mamie Till-Mobley-in ədalət axtarışından bəhs edir.

Ana rolunu ifa edən Danielle Deadwyler “Oscar”a layiq oyunçuluq nümayiş etdirib.

2. “Empire of Light” (“İşıq imperiyası”)

Ser Sem Mendes 1980-ci illərdə dənizkənarı kiçik bir kinoteatrda kinoya sevgi məktubu yazır. Kinonun rejissoru rolunu “Oscar” laureatı Olivia Colman ifa edib.

BAFTA laureatlı Michael Ward yeni bilet satıcısı kimi işə götürüldükdən sonra iki personaj arasında gözlənilməz bir əlaqə yaranır.

Mendesin hekayəsi romantikadan tutmuş irqçiliyə, qadınlıqdan tutmuş psixi sağlamlığa qədər çox şeyi əhatə edir.

Həmişə olduğu kimi, Colman bu dəfə də bir neçə mükafata namizəd göstərilib.

3. “Tar”

Cate Blanchett həm peşəsinin zirvəsinə çatmış bəstəkar və dirijor, həm də Lidia Tar rolunun ifaçısı olaraq tənqidçilər tərəfindən təriflənib.

Amma gözlənilməz təzyiqlər həyatına və işinə təsir etməyə başlayanda işlər dəyişir.

Blanchett indiyə kimi iki dəfə - 2005 və 2014-cü illərdə BAFTA mükafatına layiq görülüb. Bu film ona üçüncüsünü qazandıra bilər.

4. “Holy Spider” (“Müqəddəs hörümçək”)

Film İranın Məşhəd şəhərində 16 seks işçisini öldürən inşaatçı Səid Hanainin törətdiyi cinayətlərə əsasən çəkilib.

Zar Əmir İbrahiminin canlandırdığı araşdırmaçı jurnalist Rəhimi qatilin tapılmasında mühüm rol oynayır.

Əmir İbrahimi bu rola görə Kann Film Festivalının “ən yaxşı qadın aktrisa” mükafatına layiq görülüb.

5. “The Fabelmans”

Film yara almış bir ailədə böyümüş Steven Spilberg-in uşaqlığı haqdadır, onun valideynləriylə qəliz münasibətlərindən və hələ balacaykən kinoya aşiq olmasından bəhs edir.

Kinoya olan bağlılığı ona artıq iki dəfə “ən yaxşı rejissor” kateqoriyasında “Oscar” qazandırıb.

Bəlkə də indi üçüncüsünü qazandıracaq.

6. “The Whale” (“Balina”)

Brendan Fraser ilin ən qeyri-adi və təsirli filmlərindən birindəki möhtəşəm ifasına görə “Oscar” ala bilər.

O, kiçik bir mənzildə yaşayan, çoxdan görüşmədiyi qızıyla yenidən əlaqə qurmağa çalışan, həddindən artıq kök bir müəllimi canlandırıb.

Bir çox kinofestivalda nümayiş etdirilmiş və rəğbət qazanmış bu filmi bir neçə mükafata ciddi iddiaçı hesab etmək olar.

Hong Chau, Sadie Sink və Samantha Morton kimi aktyorların ifasını da xüsusi qeyd etmək lazımdır.

7. “Magic Mike's Last Dance” (“Sehrli Maykın son rəqsi”)

“Sehrli Mayk” filmi ilk dəfə 2012-ci ildə, davamı isə üç il sonra çəkilib.

Bu, üçüncü və sonuncu hissədir.

Baş rolu Channing Tatum-un ifadə etdiyi film gənc bir striptizçinin həyat hekayəsindən bəhs edir.

8. “Luther”

10 ildir cizgi filmi kimi yayımlanan “Luther”, nəhayət ki, böyük ekrana çıxarılır.

Neil Cross BBC-də başladığı səyahətinə davam edir.

Hekayənin süjeti haqqında çox az şey açıqlanıb. Dəhşətli cinayətlər, psixoloji cinayətlər və geri dönüşlər baş verəcəyini gözləmək olar.

Idris Elba izləyicilərin qarşısına yenə detektiv olaraq çıxacaq. Cynthia Erivo və Andy Serkis onu müşayiət edəcəklər.

9. “Guardians of the Galaxy” (“Qalaktikanın mühafizəçiləri”), 3-cü hissə

Qalaktikanın ən sevimli qəhrəmanları onu müdafiə etmək üçün yenidən qayıdırlar.

Chris Pratt, Zoe Saldana, Karen Gillan, Bradley Cooper, Vin Diesel, Pom Klementieff və Dave Bautista-nın rol aldığı filmin rejissoru James Gunn-dır.

10. “Fast” X (“Sürətli və Qəzəbli”, 10-cu film)

“Fast” franşizasının onuncu hissəsi indiyə qədər çəkilmiş ən bahalı filmlərdən biri hesab olunur.

Çəkilişlər London, Roma və Lissabon şəhərlərində aparılıb. Həmişəki kimi, Vin Diesel həmkarları Jason Statham və Michelle Rodriguez-lə birlikdədir. Amma pərəstişkarları üçün kədərli xəbər - Dwayne Johnson bu hissədə yoxdur.

11-ci hissə sonuncu olacaq.

Yayım şirkəti “Universal Pictures” filmin mayın 19-da ekranlara çıxacağını açıqlayıb.

11. “Killers of the Flower Moon” (“Çiçəkli ayın qatilləri”)

Rejissoru “Oscar” laureatı Martin Scorsese olan filmdə baş rolları “Oscar”lı Leonardo Di Kaprio və Robert De Niro ifa edirlər.

Film 1920-ci illərdə böyük neft yataqları aşkar ediləndən sonra Oklahoma, “Osage County”-də çox sayda varlı şəxsin qətlinin araşdırılmasından bəhs edir.

12. “Spider-Man: Across the Spider-Verse” (“Hörümçək adam: hörümçək dünyasına”)

2018-ci ildə çəkilmiş “Hörümçək adam: hörümçək ayəsinə” filminin davamı olan bu hissədə Miles Morales müxtəlif kainatlar arasında səyahət edir.

O, Spider Woman da daxilolmaqla, daha yaşlı Spider-Man, ingilis Spider-Man və hamilə Spider Woman kimi personajlarla əlaqə qurur.

13. “Indiana Jones and the Dial of Destiny” (“İndiana Cons və taleyin siferblatı”)

“Indian Jones” serialına aid filmdə Harrison Forda bu dəfə Toby Jones, Antonio Banderas və Phoebe Waller-Bridge də qoşulublar.

John Rhys-Davies filmə qayıdıb.

14. “Mission: Impossible - Dead Reckoning Part One” (“Mümkün olmayan missiya – Ölümcül Hesablaşma. Birinci Hissə")

“Mission: Impossible” seriyasının yeddinci filmində yüksək keyfiyyətli təqib səhnələri yer alıb.

Tom Cruise-un canlandırdığı Ethan Hunt obrazı dünyanı qlobal sui-qəsddən xilas etmək üçün yenə mübarizəyə başlayır.

15. “Barbie”

“Barbie” filminin ilk görüntüləri internet dünyasını alt-üst edib.

Onilliklər ərzində dünyanı fəth edən “Barbie” və “Ken” oyuncaq personajları üçün Margot Robbie və Ryan Gosling-dən daha yaxşı aktyorlar tapmaq çətin olardı.

Təbii ki, film romantik komediyadır.

Amma filmin süjeti barədə təfərrüatlar çox azdır. Hekayəsi nə olur-olsun, film izləyicilərə rəngarəng vizual ziyafət vəd edir.

16. “Oppenheimer”

“Dark Knight” (“Qaranlıq cəngavər”) trilogiyasının və “Inception” (“Başlanğıc”) filminin rejissoru Christopher Nolan-ın son filmi atom bombasının yaradıcısı hesab olunan fizik C. Robert Oppenheimer-dən bəhs edir.

O, Xirosima və Naqasakiyə atılan bombaların yaradılmasına yol açan Manhetten layihəsinin aparıcı üzvlərindən biri olub.

Bundan başqa, Oppenheimer New Mexico-dakı ilk atom sınağını görənlərdən biriydi.

Məşhur fiziki filmdə Cillian Murphy, həyat yoldaşı Kitty-ni isə Emily Blunt canlandırıb.

17. “Next Goal Wins” (“Növbəti qol – qələbədir”)

Rejissor Taika Waititi-nin məşhur komediyaları “Jojo Rabbit” və “Thor: Love and Thunder” filmlərinin davamı sələflərindən tamamilə fərqli görünür.

“Next Goal Wins” flmi 2014-cü il Dünya Kubokuna vəsiqə qazanmaq üçün dünyanın ən pis reytinqli Amerika Samoasının milli futbol komandasına texniki direktor təyin edilmiş Tomas Rongen-in həyat hekayəsinə əsaslanır.

Filmdə onu Michael Fassbender canlandırır.

18. “Dune”. Part Two

“Dune” filmini iddialı şəkildə "Dune: Part One" (birinci hissə) adlandırmışdılar. Tamaşaçıların təqdiri bu iddiaya haqq qazandırdı.

Film Frank Herbertin romanının ikinci hissəsinə əsasən çəkilib.

Timothée Chalamet filmdəki Paul Atreides obrazını, Zendaya isə Chani-ni canlandırır. Şahzadə İrulan rolundakı Florense Pyu da filmə yeni gələnlərdəndir.

19. “Chicken Run: Dawn of the Nugget”

20. “The Hunger Games: The Ballad of Songbirds and Snakes” (“Aclıq Oyunları: Nəğməkar quşların və ilanların balladası”)

Amerika yazıçısı Suzanne Collins-in distopik aksiyon-macəra romanı “The Ballad of Songbirds and Snakes” trilogiyasından ayrı olaraq çəkilmiş yeni və son məhsuldur.

Francis Lawrence-in çəkdiyi bu filmdə baş rolları Tom Blyth və Rachel Zegler ifa ediblər.

21. “Wonka”

Roald Dahl-ın “Charlie and the Chocolate Factory” ("Çarli və Şokolad Fabriki") romanı əvvəllər Gene Wilder tərəfindən “Willy Wonka & the Chocolate Factory” adıyla, daha sonra Johnny Depp tərəfindən “Charlie & the Chocolate Factory” adıyla ekranlaşdırılıb.

Bu filmdə Timothée Chalamet Dahl-ın hekayəsinə Wonka-nın daha gənc halıyla daxil olub.

Filmdə həmçinin Sally Hawkins, Olivia Colman, Cim Carter və Matt Lucas da rol alıblar.

22. “Maestro”

“Maestro” Bradley Cooper-in olduqca uğurlu rejissor debütü olan “A Star Is Born” (“Ulduz doğulur”) filminin davamıdır.

Baş rolun ifaçısı da Cooper-dir.

Film “West Side Story” filminin bəstəkarı və dirijor Leonard Bernstein-in həyatından bəhs edir.

Film 2023-cü ilin sonunda “Netflix”-də yayımlanacaq.

23. “Napoleon”

Napoleon Bonapartın həyatını rejissor Ridley Scott ekranlaşdırıb.

Fransanın hökmdarını aktyor Joaquin Phoenix canlandırıb.

Film 2023-cü ilin sonunda “Apple TV+”da yayımlanacaq.