Gəncədən Türkiyəyə uçan hərbi yük təyyarəsi qəzası: hərbçilərin nəşi Ankaraya aparılıb

Şəklin mənbəyi, GIORGI ARJEVANIDZE/AFP via Getty Images
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycandan Türkiyəyə qayıdan C130 tipli hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində həlak olmuş hərbçilərin nəşi Ankaraya aparılıb.
Qəza nəticəsində 20 türkiyəli hərbçi həlak olub.
Təyyarənin "qara qutusu" Ankaraya aparılıb, Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.
Nazirlik həmçinin bildirib ki, 12 noyabr tarixindən etibarən ehtiyat tədbiri olaraq C-130 uçuşları dayandırılıb.
Təyyarənin ətraflı texniki yoxlamalar başa çatdıqdan sonra yenidən istismara veriləcəyi bildirilib.
Noyabrın 11-də Gəncədən Türkiyəyə uçan C130 tipli hərbi yük təyyarəsi Gürcüstan ərazisində, Siqnağı bölgəsində qəzaya uğrayıb.
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan noyabrın 12-də hərbi yük təyyarəsinin qara qutusunun tapıldığını bildirib, Anadolu Agentliyi yazır.
"19 şəhidimizin cəsədini tapdıq. Sonuncu meyitin axtarışı davam edir", o qeyd edib.
Sonuncu hərbçinin nəşi noyabrın 13-də tapılıb.

Şəklin mənbəyi, Irakli Gedenidze - Reuters
Prezident Erdoğan çıxışında onu da bildirib ki, C-130 tipli hərbi yük təyyarəsi Azərbaycanda Zəfər paradına gələn Türkiyə hərbçiləri daşıyıb.
Həlak olan əsgərlərin ailələrinə gecə saatlarında məlumat verildiyi bildirilib.
Türkiyə Müdafiə Nazirliyi isə açıqlayıb ki, qəzanın səbəbi ətraflı araşdırmalardan sonra müəyyən ediləcək".
Azərbaycanda hökumətə yaxın medialar istinad etmədən yazıblar ki, qəzanın ilkin səbəbi texniki nasazlıq ola bilər, yerli media kənar müdaxiləni isitsna ediblər.
Türkiyənin Milli Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, yük təyyarəsində uçuş heyəti ilə birlikdə 20 nəfər olub.
"Ümid edirəm ki, bu qəzadan ən az ziyanla çıxacağıq. Allah şəhidlərimizə rəhmət eləsin", Türkiyə Prezidenti AKP Konqress Mərkəzində həmin gün bildirib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, YouTube kanalımızda izləyin.
Prezident İlham Əliyev türkiyəli həmkarına təyyarə qəzasıyla əlaqədar başsağlığı verib.
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan və Gürcüstan hakimiyyətləri ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlandığını açıqlayıb.
Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya deyib ki, Gürcüstanın xarici işlər naziri Gela Geladze hadisə yerinə gedib.
Gürcüstan rəsmiləri təyyarənin Azərbaycan sərhədindən 5km uzaqlıqda Siqnaği bölgəsində qəzaya uğradığını bildirib.
Netgazeti saytı yazır ki, Gürcüstanın aviasiya idarəsi qurumu təyyarənin "xəbərdarlıq siqnalı vermədən" radardan itdiyini açıqlayıb.
C-130 tipli təyyarələri nədir?

Şəklin mənbəyi, Getty Images
C-130-un Hercules modeli 92 sərnişin və dörd heyət üzvü daşıya bilir.
Uzaqmənzilli hava enişli bu təyyarələrdən yük və heyət daşımaq üçün istifadə olunur.
ABŞ-ın Lockheed Martin şirkəti tərəfindən istehsal olunan C-130-lar 1964-cü ildə Türkiyə Hava Qüvvələrinə (THQ) verilib.
TRT Haber bildirib ki, THQ-nin 19 ədəd C-130E və C-130B Hercules mövcuddur.
2012-ci ildə Türkiyə Səudiyyə Ərəbistanından istismardan çıxarılmış 6 ədəd C-130E nəqliyyat təyyarəsi alıb.
Türkiyənin Milli Müdafiə Nazirliyi oktyabrda bildirib ki, Britaniyadan 12 ədəd C-130J Super Hercules təyyarsə alacaq.
C-130-ların 2040- cı ilədək istismar ediləcəyi planlaşdırılıb.




