Astara sakininin ölümü: 9 ildir "heç kim məsuliyyətə cəlb olunmayıb"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Astarada yaşayan Bağırovlar ailəsinin başçısı Zaidağa Hüseynov 2016-cı il, mayın 4-də yol keçərkən onu maşın vurub. O, aldığı xəsarətlərdən vəfat edib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Bağırovlar ailəsi iddia edir ki, ailə başçısı Zaidağa Bağırovu maşınla vurmuş şəxs həmin vaxt Dövlət Sərhəd Xidmətinin zabiti olub və "cəza almaması üçün işin istintaqı doğru aparılmayıb".
BBC Dövlət Sərhəd Xidmətindən şərh ala bilməyib.
Zaidağa Bağırovun həyat yoldaşı Tahirə Bağırova iddia edir ki, ibtidai istintaq zamanı Astara Rayon Polis İdarəsinin müstəntiqi Bəhruz Qulamov ondan barışıq ərizəsi yazmağı tələb edib. Tahirə Bağırova buna razı olmasa da, müstəntiq ona barışıq ərizəsi dediyi bir sənədə iradəsi əleyhinə imza atdırıb.
"Dedim dədə, mən burda toy etmirəm ki, gedim dəvətnamə çıxardım. Ölü yiyəsiyəm. Mən heç kimlə barışmıram. Barışıq ərizəsi də vermirəm. Dövlətin qanunu nədir, o olacaq. Götürdü Bəhruz Qulamov götürdü əlimlə ruçkanı sürtdü kağıza, yazının üstünə. Orda yazıb ki, mən buna yalvar-yaxar etmişəm, külli miqdarda pul istəmişəm üzrü yola vermək üçün. Bunlar hamısı böhtanlardır. Nə pul görməmişəm, nə almamışam, nə də onlardan tələb etməmişəm", - Tahirə Bağırova BBC-yə deyir.
BBC Daxili İşlər Nazirliyindən və Baş Prokurorluqdan səsləndirilən iddialarla bağlı hələlik şərh ala bilməyib.
Bağırovlar ailəsinin özlərinə vəkil tutmağa maddi imkanı olmayıb. Famil Bağırov deyir ki, hüquqi varis kimi o özü-özünü müdafiə etməli olub.
İndi ailə deyir ki, cinayət işi bu illər ərzində azı 10 dəfə bağlanıb, təkrar açılıb.
"Sonuncu 27 mart tarixdə avtotexniki və məhkəmə tibbi-ekspertiza təyin olunub və şəxsin günahkar olduğu aşkarlanıb", - oğlu Famil Bağırov deyir.
Lakin nəticə dəyişməyib. Sözügedən cinayət az ağır hesab olunduğu və hadisənin üstündən 7 ildən çox vaxt keçdiyi üçün cinayət işinə xitam verilib.
Video açılmasa, Youtube kanalımızda baxın.




