Qazax taxılından sonra rus taxılı da Azərbaycanı keçib Ermənistana gedir

Qazax taxılından sonra rus taxılı da Azərbaycanı keçib Ermənistana gedir

Şəklin mənbəyi, İctimai TV

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Azərbaycandan keçən Rusiya taxılı da Ermənistana gedir. Bir neçə gün əvvəl qazax taxılı da Azərbaycandan ötürülmüşdü.

Ermənistan rəsmiləri deyiblər ki, Rusiyadan Ermənistana buğda daşıyan qatar artıq Gürcüstana gedərkən Azərbaycan ərazisindən keçir.

Bunula Ermənistan üçün taxıl daşınmasında Azərbaycandan tranzit marşurut kimi istifadə olunması ikinci haldır.

Rusiyadan Ermənistana 1048 tondan çox taxılın 15 vaqonlu qatarla daşındığı və yükün Azərbaycanı keçib Gürcüstan üzərindən Ermənistana aparıldığı deyilir.

Ermənistan rəsmiləri bildiriblər ki, hər iki taxıl yüklü qatar yoldadır və yaxın günlərdə Ermənistana çatacaq.

Oktyabrın 21-də İlham Əliyev Qazaxıstanda Ermənistana olan transit yüklərin daşınması qadağasının aradan qaldırıldığını elan etmişdi.

O demişdi ki, artıq Qazaxıstan taxılı Ermənistana yola salınıb.

Bu ilin Avqustunda iki liderin Birləşmiş Ştatlarda Prezident Trampın dəvətilə görüşündən sonra ölkələr arasında yaxınlaşma addımları atılır.

Birinci Qarabağ müharibəsi başlayandan 2020-ci ilə kimi Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal etmişdi.

Buna görə də Azərbaycan və Türkiyə öz ərazisindən keçən yüklərin birbaşa Ermənistana dəmir və avtomobil yolları ilə çatdırılmasına icazə vermirdi.