Tramp niyə Nobel Sülh Mükafatına layiq görülmədi?

Tramp niyə Nobel Sülh Mükafatına layiq görülmədi?

Şəklin mənbəyi, Getty

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Amerika Birləşmiş Ştatlar Prezidenti Donald Tramp 2025-ci ilin Nobel Sülh Mükafatını ala bilmədi.

Nobel Sülh Komitəsi oktyabrın 10-da Venesuela müxalifətinin lideri Maria Korina Maçadonu bu mükafata layiq görüb.

Tramp hələ bu ilin fevralında bildirmişdi ki, o Sülh Mükafatına layiq olsa da, ona bu mükafatı verməyəcəklər.

Ağ Ev rəhbəri sentyabrın 30-da verdiyi açıqlamada isə demişdi ki, əgər mükafat başqasına verilərsə bu onun ölkəsi üçün "böyük təhqir" olacaq.

Avqustun 8-də Vaşinqtonda amerikalı həmkarı ilə görüşən Azərbaycan Prezidenti İlham Əliyev də Donald Trampın Nobel Sülh mükafatına layiq olduğunu qeyd etmişdi.

Hətta Azərbaycan Prezidenti bu mükafatın Trampa verilməsi məqsədilə Ermənistan Baş naziri Nikol Paşinyanla birgə müraciət göndərməyi təklif etmişdi.

Paşinyan Əliyevin təklifini qəbul etsə də, sonradan tərəflər bu müraicətlə bağlı hər hansı açıqlama verməyiblər.

Nobel Komitəsi isə Trampın bu mükafata layiq görülməməsini belə izah edib: "Təşkilat qərarlarını yalnız Alfred Nobelin işi və vəsiyyəti əsasında verir, hər hansı ictimai kampaniya əsasında deyil".