You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Dünyanın ilk süni intellekt aktrisası - o, kimdir?
Britaniyanın istehsal şirkəti Particle6 tərəfindən ilk süni intellekt aktyor yaradılıb.
"Qadın obraz yaratmışam, çünki özüm də bir qadınam və qadın təbiətinə bələdəm.
İstəyirdim ki onun nə etnik mənsubiyyəti olsun, nə də çox cazibədar. Sadəcə qəşəng görünməsini istəyirdim.
Ürəyimə yatan obrazı əldə edənə qədər, hardasa 2000 fərqli obraz yaratdıq", - şirkətin təsisçisi Elina van der Velden deyib.
Hollywood-un Aktyorlar İttifaqı buna kəskin reaksiya verərək bildirib ki, bu, real insanların əməyini mənimsəyir və bununla da "insan yaradıcılığının dəyərini aşağı salır".
Tənqidçilər xəbərdarlıq edirlər ki, süni intellekt aktyorları heç bir real insanın çata bilməyəcəyi gözəllik standartları yaradacaq.