Azərbaycanda Gürcüstandakı etirazlarla bağlı nə düşünürlər?

Bakı sakinləri Gürcüstan aksiyaları haqda danışır.

BBC Gürcüstandakı aksiyalarla bağlı Bakı sakinlərinin fikirlərini öyrənib.

Onlardan bəzisi gürcülərə paxıllıq etdiyini deyib.

"Çünki onlar haqlarını tələb etməyə qorxmur. Biz isə qorxuruq. Belə çıxır da", Bakı sakini deyir.

"Gürcü xalqı Rusiyadan qırılmaq istəyir. Baş nazir isə bununla razılaşmır. Amma xalqın sözünə qulaq asmaq lazımdır. Əgər xalqın əksəriyyəti bunu istəyirsə, xalqı eşitmək lazımdır", - başqa bir Bakı sakini deyir.

Bəzi sakinlər isə hesab edir ki, Avropa Gürcüstanı Ukraynaya çevirmək istəyir.

"İstəyirlər Ukrayna kimi ikinci cəbhə açılsın, müharibə getsin, camaat yaşaya bilməsin. Yəni, belə də Avropanın oyunlarıdır. Avropa öz oyununu oynayır".

Videoya YouTube kanalımızda baxın.