You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Zelenski Əliyevlə danışıb, Azərbaycana dəstəyini bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb, Azərbaycana dəstəyini bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Ona Ukraynaya, xalqımıza və ərazi bütövlüyümüzə göstərdiyi dəstəyə görə təşəkkürümü bildirdim", - Prezident Zelenski X hesabında yazıb.
O bildirib ki, telefon danışığında "Rusiyanın Azərbaycan vətəndaşlarını təhqir etməsi və Azərbaycan Respublikasına hədələyici yanaşması fonunda Ukraynanın birmənalı dəstəyini" ifadə edib.
Azərbaycan Prezidentin saytı yazıb ki, liderlərin danışığında "Azərbaycanın və Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə bir daha qarşılıqlı dəstək ifadə edilib".
Son günlər Azərbaycanla Rusiya arasında gərginlik yüksək həddədir.
Rusiyada iki azərbaycanlının ölümündən sonra Azərbaycanda Rusiya vətəndaşlarının həbsi başlanıb.
Rusiyada isə Azərbaycan icmasının üzvlərinin saxlanmasına dairə xəbərlər yayılıb.
Video açılmırsa Youtube kanalımızda baxın.