İlham Əliyev və Nikol Paşinyan görüşüb

Şəklin mənbəyi, Nazeli Baghdasaryan/Facebook
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Tiranada görüşüblər.
Onlar Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısında iştirak etmək üçün Albaniyaya gediblər.
Liderlərin görüşündən sosial mediada videolar yayılıb.
Bu ilin martında Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətni barədə razılığa gəliblər. Lakin iki ölkə arasında yekun sülh razılaşması hələ imzalanmayıb.
Avropa Siyasi Birliyinin yaradılması təşəbbüsünü ilk dəfə Fransa Prezidenti Emmanuel Macron qaldırıb. Onun məqsədi Avropa İttifaqı üzvləri olmayan tərəfdaşlarla daha sıx dialoqa imkan verməkdir.
Videoya YouTube kanalımızda baxın.



