Parisdə partlayışlar: Dəmiryoluna hücumları kim törədir?

Şəklin mənbəyi, EPA
Parisdə 2024-cü il Olimpiya Oyunlarının açılışına saatlar qalmış, Fransa dəmir yollarına hücumlar olub.
Dəmiryol şirkəti deyib ki, qatarların fəaliyyətini iflic etmək üçün yollarda yanğınlar törədilib. Bu hadisələr 800 min sərnişinə təsir edəcək.
Bəs bu yanğınları kim törədib? BBC müxbiri Frank Gardner deyir ki, Fransa düşmən cəhətdən qıtlıq çəkmir. Ukraynadan tutmuş Qərbi Afrikaya və elə daxildə hicabla bağlı problemlərə qədər başı həmişə qalmaqaldadır.
Əvvəllər baş vermiş hücumlarda İŞİD iştirak etsə də, dəmiryoluna hücumlar terror yox, təxribat aktı kimi qiymətləndirilir.
Frank Gardner deyir ki, bu dəfə şübhəli baxışlar fəallara, ekstremistlərə və bir də Kremlə yönəlib.
Aşağıdakı video açılmırsa, YOUTUBE kanalımızda izləyin.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube


