You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Nikol Paşinyan: "Ermənistan Azərbaycanla hərbi əməliyyatlara cəlb olunmayacaq"
Ermənistanın Baş naziri Nikol Paşinyan canlı yayımla çıxış edərək bildirib ki, Ermənistan Azərbaycanla hərbi əməliyyatlara cəlb olunmayacaq.
“Ermənistan hərbi əməliyyatlarda iştirak etmir. Və bir daha növbəti dəfə vurğulamaq istəyirəm ki, Dağlıq Qarabağda Ermənistan ordusu yoxdur. ..Ermənistanın hərbi eskalasiyaya cəlb olunması bizim üçün yolverilməzdir”, - o deyib.
Paşinyanın bu çıxışından sonra Yerevanda hökumət evinin qarşısında etirazlar başlayıb.
Etirazçılar Ermənistan hakimiyyətindən Qarabağdakı əməliyyatlara müdaxilə etməyi tələb ediblər.
Azərbaycan sentyabrın 19-da Qarabağda "lokal xarakterli antiterror əməliyyatına" başladığını bəyan edib.
Rəsmi Bakı Xankəndidəki de-fakto hakimiyyət təslim olana qədər əməliyyatların davam edəcəyini bildirib.
Videoya YouTube kanalımızda baxın.