Heydər Əliyev aeroportunda narazılıq: "Niyə millətə əziyyət verirsiniz?"

Azərbaycan, taksi, aeroport, hava limanı

Şəklin mənbəyi, Getty Images

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Sosial media istifadəçiləri paylaşdıqları videolarda və şərhlərdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidməti ilə bağlı problemin hələ də həll edilməməsindən şikayətlənirlər.

Sentyabrın 8-dən etibarən Heydər Əliyev adına hava limanından şəhərə taksi ilə sərnişin daşımalarında tətbiq edilən yeni qaydalar narazılıq yaradıb.

"Bax, hava limanında bu qırmızı taksi deyir ki, 35 manata aparıram. Bu taksi isə gəlib dayanıb, amma apara bilmir. Yəni bu yarı qiymətə aparır eyni adresə, amma bunun ixtiyarı yoxdur buradan sərnişin götürməyə. Bu hansı ədalətə sığır, bu hansı insan haqqına sığır? Siz burada nə respublika qurubsunuz? Kimin monopoliyasındadır? Niyə millətə əziyyət, işgəncə verirsiniz?" - sosial media istifadəçilərindən biri paylaşdığı videoda bunları deyib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube kanalımızda baxın.

Yerli media yazıb ki, həm aeroportdan taksi ilə şəhərə gəlmək üçün konkret tarif müəyyən olunub, həm də bu xidmət yalınz dövlətə məxsus Bakı Taksi Xidməti MMC-yə həvalə olunub.

Sosial media istifaədçilıəri şikayət edirlər ki, digər taksi şirkətlərinə aerportdan sərnişin aparmağa icazə verilmir.

"Hamısı ona görədir ki, başqa adamlar pul qazanmasın. Monopoliya. Düzələn deyil, məmurlar nə istəyirlər edirlər", - Şəhla adlı bir sosial media istifadəçi yazıb.

"Beynəlxalq beş ulduzlu hava limanı. Bir dənə taksi dayanıb. Bu da turistlər. İnsanlar aeroportdan şəhərə gedib çata bilmirlər, çünki taksi tapa bilmirlər", - digər sosial media istifadəçisi aeroportda çəkdiyi videoda belə deyib.

BBC Azərbaycanca Bakı aeroportundan suallarına cavab ala bilməyib.

Ombudsman Aparatı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qüvvəyə minən yeni taksi xidməti tarifləri ilə bağlı apardığı montorinqdə bu qənaətə gəlib ki, bu, süni qiymət artımıdır və rəqabətin pozulmasıdır.

Qurum hesab edir ki, bu, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məsələ ilə bağlı araşdırma apardığını bildirib.

BBC araşdırmanın nəticəsi ilə bağlı dövlət agentliyinə göndərdiyi sorğuya hələ cavab almayıb.