Trump: Putin "məni dolamayacaq"

Donald Tramp

Şəklin mənbəyi, Getty

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

ABŞ Prezidenti Donald Trump deyib ki, o, Putinin onunla razılaşmaq istədiyini düşünür.

Trump hesab edir ki, Putin "onu dolamayacaq".

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube kanalımızda baxın.

"Məncə Prezident Putin razılaşmaq istəyir. Məncə, mən Prezident olmasaydım, o, bütün Ukraynanı ələ keçirmişdi. Bu müharibə baş verməməli idi. Mən Prezident olmasaydım, mənə elə gəlir ki, o, bütün Ukraynanı ələ keçirərdi. Amma mən Prezidentəm və o məni dolamayacaq", - Trump deyib.

ABŞ Prezidenti bunu jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp və Putin cümə günü Alyaskada görüşə hazırlaşırlar.

Birləşmiş Ştatlar və Rusiya prezidentləri Ukrayna müharibəsini müzakirə edəcəklər.

Alyaskaya üzərində "SSRİ" yazılmış köynəklə getdiyi deyilən Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə belə deyib: "Bizim mövqeyimiz aydın və birmənalıdır".

Bu görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski iştirak etmir.

Zelenski xəbərdarlıq edib ki, onun iştirakı olmadan verilmiş qərarların heç bir mənası olmayacaq.