İlham Əliyevin "Rusiya Azərbaycanı işğal edib" deməsi Rusiya ictimaiyyətində müzakirə yaradıb

İlham Əliyev

Şəklin mənbəyi, president.az

Prezident İlham Əliyevin 1920-ci ildə Rusiyanın Azərbaycanı işğal etməsi barədə danışması Rusiya mətbuatında və sosial mediada geniş işıqlandırılıb, müzakirələrə və tənqidlərə səbəb olub.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Video açılmırsa, Youtube kanalımızda izləyin

İlham Əliyev Əl-Ərbəiyyə telekanalına müsahibəsində 1920-ci ildə Azərbaycanda bolşevik hakimiyyətinin qurulmasını Rusiyanın işğalı adlandırıb.

Vedomosti qəzeti "İlham Əliyev Sovet Rusiyasını Azərbaycanı işğal etməkdə ittiham edib" başlıqlı məqaləsində yazlır ki, İlham Əliyevin bu çıxışı postsovet liderlərinin ilk bu cür bəyanatı deyil, Ermənistanın Baş naziri Nikol Paşinyan da qonşularla münaqişəyə görə Sovet İttifaqını günahlandırıb.

Paşinyan avqustun 23-ü xalqa müraciətində bildirib ki, Sovet ideologiyasının yaratdığı sosial-psixoloji vəziyyət Ermənistanda Qarabağ hərəkatına gətib çıxarıb və bu psixologiya müstəqil Ermənistan dövlətinin mövcudluğuna hədə törədib.

"Əliyev Moskvaya qarşı iddialarla çıxış edib", – bu sərlövhə isə qazeta.ru-ya aiddidr.

Qəzet İlham Əliyevdən, Ukraynanın ərazi bütövlüyü dəstəkləməsi, Azərbaycan təyyarəsinin Rusiyada vurulması və digər mövzularla bağlı sitatlar gətirib.

Əliyevin bu müsahibəsinə rusiyalı rəsmilər də reaksiyalar verib.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Rusiya parlamentinin deputatı Konstantin Zatulin Lenta.ru saytına müsahibəsində Əliyevin Ukrayna ilə bağlı dediklərindən danışıb.

"Artıq Əliyevin Moskvaya ehtiyacı yoxdur, indi onu Amerika Birləşmiş Ştatları dəstəkləyir", - o deyib.

Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Haqları Şurasının üzvü Marina Axmedova isə belə yazıb: "Azərbaycan Prezidenti Əliyev Azərbaycanın SSRİ-yə daxil olmasını Rusiyanın işğalı adlandırıb. Belə çıxır ki, bütün bu illər ərzində Bakıda məhz onun atası SSRİ-nin işğalçı qüvvələrinə rəhbərlik edib və İlham Əliyev də bu işğalçı qüvvələrin varisidir?"

El Pistalero adlı sosial media istifadəçisi də təxminən belə yazıb: "Kommunistin oğlu, hakimiyyəti miras olaraq ələ keçirmiş, Moskva Universitetindən məzu olmuş şəxs. Sürreal söhbətdir".

Bir istifadəçi isə təəccüblə sual edib: "Çox gülməlidir, onlar müstəqil Azərbaycanı işğal ediblərʔ" - deyə marina_6620 yazıb.

Arsen_marcos isə bunları yazıb: "Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlıq edir, Türkiyə isə NATO-nun üzvüdür. Əlavə sözə ehtiyac yoxdur".

Əl-Ərəbiyyə kanalına müsahibə vermiş İlham Əliyev, həmçinin İsrail-Türkiyə münasibətlərindən, Azərbaycanda din, Prezident Trump-la görüşü və digər məsələrdən də danışıb.